Xaricdən pul köçürmələri daha da azalacaq?
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycanlılar çox çalışqan, əməksevər, pul qazanan, pul qazanmağı bacaran və sevən xalqdır. Dünyanın hər yerində pul və uğur qazanmağı bacarırıq, bir tək öz məmləkətimizdə ağır vergi-gömrük şərtləri, ləng və ədalətliz çalışan məhkəmə sistemi azərbaycanlıların uğurlu olmasına əngəl yaradır".
"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. İqtisadçı qeyd edib ki, 2024-cü ildə fiziki şəxslər xaricdən Azərbaycana 1 mlrd. 82 mln. dollar pul köçürüblər, bu məbləğ 2023-cü ilə görə 35% azdır, yəni, ciddi azalma var, bu il daha da azalacaq:
"Əsasən regionlarda sosial vəziyyətin pisləşməsində xaricdən göndərilən vəsaitin azalması ciddi rol oynayır, ümumiyyətlə, bizim hökumət öz sosial öhdəliklərini tam yerinə yetirmirdi, illərdir xaricdən gələn vəsaitə arxalanırdı”. Bu statistikada ekspertin diqqətini cəlb edən bir məsələ var: “Kiçik şəhər-dövləti olan Sinqapurdan 2024-cü ildə Azərbaycana fiziki şəxslər, təqribən, 4 mln. dollar pul köçürüblər. Bu göstərici 2023-cü ilə nisbətən 40% artıb. Yəni bizim soydaşlarımız rəqabətin yüksək, korrupsiyanın minimum olduğu Sinqapurda uğur və pul qazana, məmləkətə vəsait göndərə bilirlər. Təsəvvür edin ki, Azərbaycanda yaxşı şərait olsa, bizim millət nələrə qadir olar".
Nigar
"Cebheinfo.az"
Baxış sayı:119
Bu xəbər 22 Mart 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















