Xaricə 14 manata satılan fındıq ləpəsini marketlərdə 30 40 manata satırlar
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsulları arasında fındıq 4-cü sırada qərarlaşıb.
Yeniavaz.com xəbər verir ki, ötən il qızıl, pomidor və karbamiddən sonra xaricə ən çox fındıq ixrac olunub.
Açıqlanan rəsmi məlumatlara görə, ötən ilin 11 ayı ərzində 149,8 milyon dollar dəyərində fındıq ixrac olunub və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,5% çox olub.
Dövlət Gömrük Komitəsinin ötən ilin ilk 10 ayı üçün açıqlanan məlumatında isə göstərilir ki, ötən ilin ilk 10 ayında xaricə 265,8 ton qabıqlı, 15 min 162 ton qabığı təmizlənmiş (ləpə) fındıq ixrac edilib.
İxrac olunan qabıqlı fındığın bir kiloqramının orta gömrük dəyəri 4,5 manat, fındıq ləpəsinin bir kiloqramının orta gömrük dəyəri isə 13,9 manat olub.
Müqayisə üçün bildirək ki, əvvəlki ilin eyni dövründə qabıqlı fındığın bir kiloqramının orta gömrük dəyəri 4,1 manat, fındıq ləpəsinin bir kiloqramının orta gömrük dəyəri isə 10,9 manat olub.
Miqdar baxımından isə fındıq ixracında ciddi dəyişiklik olmayıb. 2024-cü ilin ilk 10 ayında olduğu kimi, 2025-ci ilin ilk 10 ayında da xaricə 15,4 min ton fındıq və fındıq ləpəsi ixrac edilib.
Onu da bildirək ki, əvvəlki illərdən fərqli olaraq bu il daxili bazarda fındıq qiymətlərində kəskin bahalaşma müşahidə olunur. Rəsmi statistika göstərir ki, ötən ilin ilk 11 ayında qabıqlı fındığın qiyməti 12,5%, fındıq ləpəsinin qiyməti isə 44% bahalaşıb.
Rəsmi statistikadan fərqli olaraq, marketlərdə satılan fındığın qiymətində daha çox bahalaşma olduğu müşahidə edilir. Məsələn, ölkənin aparıcı supermarket şəbəkələrindən biri olan “Bravo”nun onlayn satış platformasında qovrulmuş fındıq ləpəsinin 300 qramı 15,99 manata (1 kq – 53,3 manat), qabıqlı fındığın 200 qramı isə 8,99 manata (1 kq – 44,95 manat) təklif olunur.

Başqa bir marketin – “Neptun”un onlayn satış platformasında isə fındıq ləpəsinin bir kiloqramı 26,7 manatdan satılır.

Elnur Əli
Bu mövzuda digər xəbərlər:Rusiyaya 9 manata satılan badam ləpəsini, marketlərdə 19 manata satırlar
29 Sentyabr 2025 13:05
Pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 Dekabr 2024 17:59
30 40 min manata tikilən EVLƏR
15 May 2025 15:41
Xaricdən 3 manata alınan sarıkök marketlərdə 30 manata satılır Rəsmi statistika
26 Oktyabr 2025 20:00
İran və Hindistandan 3 manata gətirilən sarıkök marketlərdə 30 manata satılır
29 Dekabr 2025 14:36
Baxış sayı:80
Bu xəbər 14 Yanvar 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















