Icma.az
close
up
RU
Xaricə satdığı məhsulların pulunu mənimsəyənlər ifşa

Xaricə satdığı məhsulların pulunu mənimsəyənlər ifşa

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Belə ki, Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama və xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma maddələrilə istintaq edilən cinayət işi üzrə “Qala Meyvə-Tərəvəz İxracat İdxalat” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 51 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edilib.
Abbasov İlham Məzahir oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə “R.T.K” MMC tərəfindən ümumilikdə 209 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 355 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İsmayılov Kamran Əhmədağa oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib.
Barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və *308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə “Qollaktika 01” MMC tərəfindən ümumilikdə 18 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 31 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edilib.
Lazimi Nəriman Məmmədtağı oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib. Barəsində olan başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi faktı nəzərə alınıb.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see321

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see271

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see228

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see224

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see221

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see219

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see218

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see214

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see211

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see202

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see199

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see192

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see182

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see180

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see179

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see178

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see169

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri