Icma.az
close
up
RU
Xaricə xəbər ötürən diplomat həbs edilməyib Vəkil Adəm Məmmədov açıqladı

Xaricə xəbər ötürən diplomat həbs edilməyib Vəkil Adəm Məmmədov açıqladı

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Bir müddət əvvəl Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi, diplomat Ramiz Vəliyevin həbs olunduğuna dair məlumat yayıldı.

Qeyd olunurdu ki, o, beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib.

Həmçinin onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi də vurğulanırdı.

Son günlər isə Ramiz Vəliyevin vəkilinin onun qardaşı oğlu Adəm Məmmədov olduğu barədə xəbərlər yayılıb.

Məsələ ilə bağlı Bakupost.az -ın əməkdaşı Adəm Məmmədovla əlaqə saxlayıb. Onunla əməkdaşımız arasındakı dialoqu təqdim edirik:

- Kim deyir ki, Ramiz Vəliyev həbs olunub? Kim deyir? Zəng edin Xarici İşlər Nazirliyinə, görün, belə bir adam həbs olunub?? Saytlarda yayılan xəbərlərə gəlincə, bu xəbərləri rəsmən təsdiqləyiblər ki? Yazırlar da... Sadəcə yazırlar, qurtardı getdi də...

- Adəm müəllim, siz Ramiz Vəliyevin vəkilisiniz?

- Adam həbs olunanda onun vəkili olur. Mən onun vəkili deyiləm. Çünki o, həbs olunmayıb. Yayılan o boş xəbərlər məhkəmə predmeti olacaq. Bunlar 15 gün əvvəl gedən məlumatdır. 15-20 gün əvvəl yayıldı, qurtardı getdi də.

- Axı Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Vəliyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi açıqlanıb.

- Səbail Rayon Məhkəməsinin belə bir qərarı olmayıb. Bunu məndən niyə soruşursunuz? Olmayıb belə bir şey. Heç məsləhət də deyil bunu yazmaq. 20 gün əvvəl yazıblar, boş-boş şeylərdir. Bu, məhkəmə predmeti olacaq. Yazırlar, ay bu terrordur, ay belə oldu, elə oldu. Danışırlar, yazırlar da. Dövlət təşkilatları açıqlama verməlidir, tutan orqan açıqlama verməlidir ki, belə bir şey olub, ya yox. Ondan sonra bilirsiniz də... Axı mən nə bilim? İndi bir nəfər yönəldib mənim üstümə ki, Adəm Məmmədov cavab versin. Mən lazım olanda, vaxtı çatanda, real bir şey varsa, açıqlama verirəm. Mən mətbuatla işləyən adamam.

- Ramiz Vəliyev sizin əminizdir?

- Xeyr. O, Vəliyevdir, mən Məmmədovam. Araşdırın. Onu 2-3 sayt yazıb ki, Ramiz Vəliyev Adəm Məmmədovun əmisidir. Hə, yazıblar. Mən indi durub hamısına deyim ki, filankəs mənim əmimdir və yaxud filankəs mənim əmim deyil: Mən durub belə şeylərin arxasınca düşsəm ki, nə dəyişəcək ki? Əgər hər hansı bir açıqlama lazım olsa, mən özüm sizi yığacağam, deyəcəyəm ki, belə bir şey var, realdır, açıqlama vermək istəyirəm.

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri