Xarici bazarlara pomidor ixracının həcmi 23,1% artıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Ölkəmizdən xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında pomidor öz xüsusi çəkisini qoruyur. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycandan xarici bazarlara pomidor ixracı əhəmiyyətli dərəcədə artıb.
XQ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Vurğulanıb ki, bu ilin yanvar-sentyabr aylarında ölkəmizdən 144 029,4 ton pomidor ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1% çoxdur.
İlin ilk doqquz ayında ölkəmizdən xarici bazarlara ixrac olunan pomidorun dəyərində 12,6%-lik artım qeydə alınıb. Bu müddətdə ixracın ümumi dəyəri 157 171,6 min ABŞ dolları təşkil edib.
Xarici bazarlara pomidor ixracı dinamik şəkildə davam edir.

Azərbaycandan xarici bazarlara pomidor ixracı 15,3 faiz artıb
23 May 2025 16:45
Xarici bazarlara pomidor ixracında nə qədər artım olub?
08 Yanvar 2025 11:17
Xarici bazarlara nar ixracı artıb
14 Fevral 2025 10:26
Xarici bazarlara meyvə tərəvəz ixracımız artıb
23 Avqust 2025 13:01
Bu il xarici bazarlara 142 milyon dollar dəyərində pomidor ixrac olunub
07 Noyabr 2024 11:09

