“Xarici dil müəllimlərinin bilik səviyyəsi yüksək deyil” Ekspert
Icma.az, 525.az saytına istinadən bildirir.
"Azərbaycanda bir çox orta məktəbdə xarici dil - ingilis dili - formal olaraq tədris olunsa da, praktik danışıq və anlama bacarıqları çox zəif səviyyədə qalır. Əsas problem odur ki, tədris proqramı şagirdlərdə dil biliklərini inkişaf etdirməkdən çox qrammatika əzbərlətməyə yönəlib. Bu yanaşma artıq köhnəlib və effektiv deyil”.
Bunu 525.az-a təhsil eksperti Elşən Qafarov deyib. O bildirib ki, bir çox məktəbdə dil müəllimlərinin öz səviyyəsi də kifayət qədər yüksək deyil. Danışıq qabiliyyəti zəif olan müəllim, şagirdə bunu necə öyrədə bilər? Digər tərəfdən, texniki imkanlar da məhduddur – interaktiv resurslar, audio-video materiallar, danışıq məşqləri demək olar ki, yoxdur:
“Xarici dil tədrisi real kommunikativ məqsədə yönəldilməli, siniflərdə şagirdlər danışmağa təşviq olunmalıdır. Əks halda, məktəbdə 11 il dil keçib, sonda “I am student” deyə bilməyən şagirdlər yetişməyə davam edəcək".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Avqust 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















