Icma.az
close
up
RU
Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? Rəsmi CAVAB

Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? Rəsmi CAVAB

Icma.az, Modern.az saytına istinadən bildirir.

Son günlər Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziyanın gələcək taleyi ilə bağlı yayılan xəbərlər valideynlər və müəllimlər arasında ciddi narahatlığa səbəb olub.

İlkin mərhələdə yalnız məktəbin adının dəyişdiriləcəyi bildirilsə də, hazırda ibtidai bölmənin bağlanacağı ilə bağlı yayılan məlumatlar narahatlığı daha da dərinləşdirib. Valideynlər və pedaqoji kollektiv bu dəyişikliklərin uşaqların təhsilinə və sosial inkişafına mənfi təsir göstərə biləcəyini düşünürlər.

Onlar aidiyyəti qurumlardan məsələ ilə bağlı rəsmi açıqlama verilməsini və yaranan qeyri-müəyyənliyə son qoyulmasını tələb edirlər.

Modern.az xəbər verir ki, AzEdu.az məsələyə aydınlıq gətirmək üçün Lənkaran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, son günlər Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziyanın fəaliyyətinin dayandırılması, ibtidai siniflərin ləğv olunması və ya digər təhsil müəssisələrinə köçürülməsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

"Sözügedən təhsil müəssisəsində yeni tədris ilindən təmayül istiqamətlərinin genişləndirilərək xarici dillərlə yanaşı, digər humanitar sahələri də əhatə etməsi planlaşdırılır. Xarici dillər istiqamətində təhsil alan şagirdlərin təhsili məhdudlaşmır, əlavə olaraq sosial-humanitar (tarix və s.) istiqamətlərdə yeni imkanlar yaradılır. Bu isə şagirdlərin seçim imkanlarını artırmaqla yanaşı, onların maraq və biliklərinə uyğun daha geniş təhsil mühiti formalaşdıracaq.

Həmçinin təhsil müəssisəsindəki ibtidai sinif şagirdlərinin başqa müəssisələrə köçürülməsi, yeməkxananın ləğv edilməsi və müəssisədə çalışan əməkdaşların fəaliyyətinə xitam verilməsi məsələləri müzakirə mövzusu deyil. Şagirdlər əvvəlki illərdə olduğu qaydada təhsillərini öz gimnaziyalarında (uzadılmış gün rejimində) davam etdirəcəklər. Hazırda birinci siniflərə qəbul prosesi davam edir. Qısası, təhsil müəssisəsi öz fəaliyyətini tam qaydasında davam etdirir və yeni tədris ilinə daha geniş imkanlarla hazırlaşır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Avqust 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri