Xarici diplomların tanınması üzrə müraciətlərin 16 faizi rədd edilib
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə TKTA-nın media nümayəndələri üçün 2025-ci ilin yekununa dair brifinqdə məlumat verilib.
"Müraciətlərdən 5167 müraciətin ekspertizası həyata keçirilib. 866 müraciətin ekspertizası isə davam edir.
Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16.1% təşkil edir", - deyə açıqlamada qeyd edilib.
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 26 Dekabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















