Icma.az
close
up
RU
Xarici investorlar hərracda necə iştirak edə bilərlər?

Xarici investorlar hərracda necə iştirak edə bilərlər?

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda ölkə vətəndaşları ilə yanaşı, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici ölkələrin hüquqi şəxsləri də iştirak edə bilərlər.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, bunun üçün Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi ilə əmlakın ilkin satış qiymətinin dəyərinə uyğun beh ödəyərək sifariş verib təşkil ediləcək hərraclarda iştirak edə bilərlər.

Xarici hüquqi şəxslər, daimi və ya müvəqqəti yaşamaq üçün icazəsi olmayan əcnəbilər, vətəndaşlığı olmayanlar tələb olunan sənədləri (hüquqi şəxslər nizamnaməsini və qeydiyyata alınma sənədlərini, müəssisə adından etibarnamə, digərləri pasport və s.) Azərbaycan Respublikasının həmin ölkədəki səfirlik və konsulluqlarında tərcümə etdirərək, apostil ilə təsdiqlətdikdən sonra əmlakın ilkin satış qiymətinin dəyərinə uyğun beh ödəyərək, sifariş verməklə hərraclarda iştirak etmək imkanı əldə edə bilərlər.

Sifarişlər yalnız Əmlak Xidmət Məkanında və ya müvafiq ərazi hərrac komissiyalarında qəbul edilir.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından (www.emlak.gov.az) və Hərracların Təşkili Mərkəzinin rəsmi saytından (auksion.gov.az) hərraca çıxarılan əmlaklar üzrə seçim etmək mümkündür.

Qeyd olunub ki, xarici investorlar Azərbaycanda əmlakın özəlləşdirilməsində (torpaq sahələri istisna olmaqla) qanunvericilikdə nəzərdə tutulmuş qaydada alıcı kimi iştirak edə bilərlər. Belə ki, Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrindən yalnız icarə hüququ əsasında istifadə edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri