Icma.az
close
up
RU
Xarici işlər narsisi

Xarici işlər narsisi

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xarici işlər naziri qış yuxusundan oyanıb və COP-a hücum edib. Söhbət Ermənistanın xarici siyasət idarəsinin başçısı Ararat Mirzoyandan gedir. Adam adekvat deyil. Tez-tez yersiz bəyanatlarla çıxış edir.

Ararat Mirzoyan ötən il hökumətin iclasında maldarlığın problemlərini "həll etmək" fikrinə düşmüşdü. Gülməli təkliflər vermişdi. Baş nazir Nikol Paşinyan isə onu lağa qoyub, yerində oturmuşdu: "Mənə elə gəlir ki, Xarici İşlər Nazirliyi öz işləri ilə məşğul olsa, yaxşı olar". Yəni Paşinyan Ermənistanın xarici işlər nazirinə imkan verməmişdi ki, Ermənistanın... daxili işlərinə qarışsın.

Görünür, bundan dərs aldığını düşünən nazir xarici işlərə daha çox "qarışmaq" qərarına gəlib. Ancaq məsələyə yanlış giriş edib. O, Braziliyanın "Folha" nəşrinə müsahibəsində bildirib ki, indiyədək keçirilmiş COP-lar "Qlobal Cənub"un və inkişaf etməkdə olan ölkələrin problemlərinə az diqqət ayırıb.

Çox qəribədir. Bu sözləri o adam deyir ki, Azərbaycanda keçirilən COP29 iqlim konfransına gəlib-gəlməməklə bağlı bir qərar verə bilmədi. Nə özü, nə hökuməti. Ararat Mirzoyan ötən ilin noyabrında Bakıda keçirilən COP-a gəlmiş olsaydı, burada irəli sürülən təşəbbüsləri, qaldırılan məsələləri, aparılan müzakirələri və qəbul olunan qərarları şəxsən yaxından izləyə bilərdi. O zaman bəlkə bu açıqlamanı verməzdi. Özü, öz ölkəsi COP29-a qatılmayan Ararat Mirzoyan qəfildən ayılıb, COP-ları tənqid edir. Həm də önünə-ardına baxmadan hamısını pisləyir.

Azərbaycan Xarici İşlər Nazirliyi, əlbəttə, geniş cavab verib, bu cavaba nəsə əlavə etməyə ehtiyac da yoxdur. Həmin cavabın bir hissəsini oxucuların diqqətinə çatdırıram:

"Bakı İqlim Maliyyəsi Hədəfi qərarına əsasən, əvvəllər inkişaf etmiş dövlətlər tərəfindən inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı fəaliyyətlərini maliyyələşdirmək üçün dövlət mənbələrindən ayrılması nəzərdə tutulan illik 100 milyard ABŞ dolları məbləğində hədəf Bakıda 3 dəfə artırılaraq 300 milyard ABŞ dollarına qaldırılıb. Həmin qərara əsasən, eyni məqsədlər üçün bütün mənbələrdən (həm dövlət, həm də qeyri-dövlət) əldə olunması nəzərdə tutulan məbləğ 1,3 trilyon ABŞ dolları olaraq müəyyən edilib. ...Bakı COP-u həmçinin 10 ilə yaxındır davam edən və indiyə qədər əvvəlki COP-larda nəticə əldə etməyin mümkün olmadığı karbon bazarları mexanizminin (Paris Sazişi Kredit Mexanizmi) işə salınması ilə bağlı qərarın qəbulu ilə də yadda qalıb. Bu çərçivədə də “Qlobal Cənub” ölkələrinin iqlim maliyyəsindən geniş şəkildə faydalanması mümkün olacaq. ...COP29 “Qlobal Cənubun” xüsusi əhəmiyyət verdiyi İtki və Zərər Fondunun işə salınması baxımından da əlamətdar olub".

Göründüyü kimi, Ararat Mirzoyan bilmədiyi mövzuda, xəbəri olmadığı məsələlərdən danışır. Amma, xeyr! Bütün COP-ların qərarları, nəticələri rəsmi dərc olunub, mötəbər səviyyələrdə şərh olunub. O cümlədən, COP29-un da sənədləri hamı üçün əlçatandır. Rəsmi internet resurslarında yerləşdirilib. Hər halda Ararat Mirzoyanın ingiliscə dil bilgisi bu materialları tapıb, tanış olmağa bəs edəcək qədər var.

Məlumdur ki, Ermənistanın naziri COP29-u qaralamağa çalışıb. Bunu pərdələmək üçün isə bütün COP-ları bir sıraya düzüb. Sual olunur: əgər bu məsələlər Ermənistanı belə çix narahat edirsə, niyə gəlib Bakıdakı iqlim konfransına qatılmadılar?! Ermənistan baş nazirinin, yaxud xarici işlər nazirinin Bakıya gəlməsi üçün heç bir problem yox idi. Hətta Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə belə, həmin dövlət Bakıdakı beynəlxalq tədbirlərə nazir və sair səviyyələrdə nümayəndələr göndərmişdi, Birinci Avropa Oyunlarında da Ermənistan atletləri vardı. COP29-a da gələ bilərdilər. Prosesin iştirakçısı olub, işin bir ucundan da yapışa bilərdilər. İnkişaf etməkdə olan ölkələrin ehtiyacları haqqında inkişaf etmiş dövlətlərin nümayəndələrinə öz fikir və təkliflərini çatdıra bilərdilər. Bakı bunun üçün əlverişli və rahat platforma təmin etmişdi.

Amma bütün bu imkanlardan istifadə etmək əvəzinə, Ermənistan öz aləmində boykot yolunu seçdi. Üstəlik də hələ qalxıb, hansısa tənqidi fikirlər irəli sürür. Bu, siyasi riyakarlıqdır. Belə yerdə deyirlər, kömək etmirsən, heç olmasa, mane olma.

Əlbəttə, Ermənistanın "boykot"u heç nəyi dəyişməyəcəkdi və dəyişmədi də. COP29 onsuz da yüksək səviyyədə keçirildi, mühüm hədəflər əldə edildi. Dünya da bu qərarları indiki şərtlərdə uğurlu nəticələr kimi təqdir etdi. Üstündən bir neçə ay keçəndən sonra Ermənistanlı nazirin birdən-birə "aydınlanması" ən azı qəribədir. Özləri nə regional, nə beynəlxalq platformalarda heç bir işə yaramırlar, amma görülən işlərə də ağız əyirlər. Kənarda durub tənqid etməklə işlərini bitmiş sayırlar. Ararat Murzoyan da, təmsil etdiyi hökumət də, bütövlükdə Ermənistan cəmiyyəti bu fikirdədir ki, hamı onlara borcludur; özləri heç bir iş görməsələr də olar, ancaq hamı onlar üçün çalışmalı, onlara kömək etməlidir. Bu, narsisizmin pik səviyyəsidir. "Hazıra nazir" modundan hələ də çıxmayıblar.

Səhv etmirəmsə, Konfutsinin sözüdür: "Qaranlıqda deyinməkdənsə, sən də bir şam yandır".

Ermənistan isə bu kəlamı tərsinə oxuyub; özünün şam yandırmamağı bir yana, başqalarının yandırdığı şamı üfürür. Həm də həmişəki deyingınliklə...

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Mart 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri