Icma.az
close
up
RU
Xarici işlər naziri Ərtoğruloğlu: “Türk birliyinə inanırıq”

Xarici işlər naziri Ərtoğruloğlu: “Türk birliyinə inanırıq”

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Əruğruloğlu “Türk Dünyası Novruz Bayramı” tədbiri çərçivəsində ŞKTC-yə gələn qonaq heyəti qəbul edib.

Bizimyol.info xəbər verir ki, Türk dünyasının birliyinə inandıqlarını ifadə edən Ərtoğruloğlu: “Qardaşlarımızın burada tədbir təşkil etməsindən məmnunuq”, - deyib.

Azərbaycan-Kıbrıs Dostluq Qrupu Cəmiyyətinin prezidenti Orxan Həsənoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət İdarəsinin üzvü, professor Aygün Attar, Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun üzvü Musa Quliyev və türk dünyasının sənət adamları daxildir.

Xarici işlər naziri Ərtoğruloğlu türk dünyasının birliyinin tarixi köklərə malik olduğunu və türk birliyinə inandıqlarını bildirib. Ərtoğruloğlu deyib ki, türk birliyi təkcə siyasi mənada deyil, mədəni, sosial və həyatın hər sahəsində reallaşması lazım olan bir birlikdir: “Türk dünyasının birliyi sözdə işlədilən birlik deyil, tarixi kökləri olan bir birlikdir. Biz buna inanırıq. Qardaşlarımızı burada görmək bizim üçün çox xoşdur”, - deyib.

Azərbaycan-Kıbrıs Dostluq Qrupu Cəmiyyətinin prezidenti Orxan Həsənoğlu təşkil olunan tədbirlər haqqında məlumat verib.

Türkiyə Cumhurbaşkanlığı Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Attar, “Beynəlxalq ədalət anlayışının Kipr və Qarabağda iflasa uğradığını bildiklərini” ifadə edərək, “Kıbrıs davası hamımızın davasıdır” deyib.

Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun üzvü M.Quliyev də “Kıbrısda illərdir oynanan oyunları 30 ildir Qarabağda yaşadıqlarını” ifadə edərək, Kipr türk xalqının mübarizəsini dəstəklədiyini vurğulayıb.

Nümayəndə heyətinin tərkibində olan sənətçilər Xarici İşlər Nazirliyinin əməkdaşlarına türk dünyasından musiqili şou təqdim ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Mart 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri