Icma.az
close
up
RU
Xarici işlər naziri olacaqdı, vəzifədən qovdular

Xarici işlər naziri olacaqdı, vəzifədən qovdular

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Çin Kommunist Partiyası (ÇKP) beynəlxalq əlaqələr üzrə nüfuzlu departamentinin rəhbərini dəyişib.

AzPost xəbər verir ki, ictimaiyyətin diqqətindən iki ay əvvəl itən və ölkənin gələcək xarici işlər naziri kimi adı çəkilən Liu Ciançao vəzifəsindən uzaqlaşdırılıb. The Guardian yazır ki, diplomat iyulun sonunda xarici səfərdən qayıtdıqdan sonra saxlanılıb və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb.

ÇKP-nin rəsmi saytında Liu Ciançaonun şəxsi profili silinərək, onun yerinə Avropa departamentinin keçmiş direktoru Liu Xaysinin profili yerləşdirilib. Bu dəyişiklik rəsmi açıqlama verilmədən baş verib. Liu Xaysinin gələcəkdə Çinin baş diplomatı postuna ən real namizədlərdən biri ola biləcəyi qeyd olunur.

Məlumatlara görə, Liu Ciançao barəsində korrupsiya və partiya intizamının pozulması ilə bağlı araşdırma başladılıb. Qeyd edək ki, o, daha əvvəl Çinin korrupsiyaya qarşı mübarizə orqanı olan Mərkəzi İntizam Komissiyasında çalışıb.

Liu Ciançao İngiltərədə təhsil alıb, Oksford Universitetində beynəlxalq münasibətlər üzrə ixtisaslaşıb, Londondakı Çin səfirliyində fəaliyyət göstərib və yüksək səviyyəli görüşlərdə Pekini təmsil edib. Buna görə də onun karyerasının nazrlik səviyyəsinə yüksələcəyi gözlənilirdi.

Ekspertlər xatırladır ki, bu, son illərdə Çində yüksək vəzifəli məmurların qəfil “ictimai həyatdan itməsi” ilə bağlı ilk hadisə deyil. 2023-cü ildə ölkənin sabiq xarici işlər naziri Qin Qan və müdafiə naziri Li Şanfu da vəzifədən uzaqlaşdırılaraq partiyadan çıxarılmışdılar. Rəsmi açıqlamalarda onların korrupsiya ilə bağlı cəzalandırıldığı bildirilmişdi.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Oktyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri