Icma.az
close
up
RU

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Efiopiyada səfərdə olub

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

15-16 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Azərbaycan və Efiopiya arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Efiopiya Federativ Demokratik Respublikasında səfərdə olub.

APA xəbər verir ki, səfər zamanı Yalçın Rəfiyev Efiopiya Federativ Demokratik Respublikasının Nazirlər Kabineti Ofisinin başçısı Alem Tsehay Paulos, xarici işlər naziri Gedion Timotheos, ticarət və regional inteqrasiya naziri Kassahun Qofe, kənd təsərrüfatı naziri Girme Amente, eləcə də Efiopiya İnvestisiya Komissiyası və Efiopiya İnvestisiya Holdinqinin rəhbərləri ilə görüş keçirib, ölkədəki sənaye parkları və infrastruktur layihələri ilə tanış olub.

Keçirilmiş görüşlər zamanı, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti cənab Taye Atske Selassie-nin Bakıda keçirilmiş COP29-un Liderlər Sammitində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbulu zamanı aparlmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni səhifə açdığı və yol xəritəsini müəyyən etdiyi vurğulanıb.

Həmçinin ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə konkret əməkdaşlıq istiqamətləri müzakirə edilib, müvafiq sahələrdə hüquq-müqavilə bazasının yaradılması və işçi qrupların təsis edilməsi razılaşdırılıb. Qarşılıqlı ticarət missiyaların və biznes forumların təşkil edilməsinin zəruriliyi qeyd edilib. Efiopiyada vətəndaşlara xidmət mərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan "ASAN xidmət" konsepsiyası əsasında təsis edilməsi və bu istiqamətdə intensiv işin davam etdiyi məmnunluqla ifadə edilib.

Səfər çərçivəsində həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 3-cü iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Efiopiya tərəfindən isə xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Hökumət missiyasına Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, AZPROMO, Azərbaycan İnvestisiya Holdinqi və SOCAR nümayəndələri daxil olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Yanvar 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri