Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə çağırış edib
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
Reyting.az xəbər verir ki, bu barədə XİN-nin sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda qeyd olunur ki, bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. “2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb”, – deyə XİN-nin paylaşımında bildirilir.
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb:
“Beynəlxalq ictimaiyyəti mina əleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə altına almağa və münaqişədən sonrakı bərpa işlərinə maneə törətməyə davam edən Ermənistanı məqsədyönlü və geniş yayılmış mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq”.
Bu mövzuda digər xəbərlər:Xarici İşlər Nazirliyi Fransaya çağırış etdi
08 Noyabr 2024 17:19
Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib
23 Oktyabr 2025 09:34
Xarici İşlər Nazirliyi bəyanat yayıb
08 Noyabr 2024 09:03
Xarici İşlər Nazirliyi açıqlama yayıb
12 May 2025 18:54
Xarici İşlər Nazirliyi bəyanat yaydı
13 Noyabr 2024 10:25
Baxış sayı:60
Bu xəbər 06 Aprel 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















