Icma.az
close
up
RU
Xarici jurnalistlər Qala qoruğunda olublar AZƏRTAC

Xarici jurnalistlər Qala qoruğunda olublar AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 noyabr, AZƏRTAC

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfər edən beynəlxalq media nümayəndələrinin “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğuna ziyarətləri təşkil olunub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundan AZƏRTAC-a bildirilib ki, mediaturlar Qala qoruğunun ərazisində yaradılmış “Tullantıdan sənətə” muzeyini ziyarətlə başlayıb. “Sıfır tullantı” yanaşması ilə tullantılardan sənət nümunələrinin yaradılması qonaqlarda böyük maraq doğurub.

Sonra media nümayəndələri açıq səma altında yerləşən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarət edərək, XVIII əsrə aid Abşeronun kənd həyatı ilə tanış olub, xalçaçılıq, dulusçuluq, dəmirçilik kimi qədim sənətkarlıq növlərini izləyib, ustad dərslərində iştirak ediblər. Mediaturun iştirakçılarına qədim Abşeron kəndlərində sakinlərin həyat tərzi, eyni zamanda, Qala qoruğu ərazisində yerləşən memarlıq və arxeoloji abidələr barədə ətraflı məlumat verilib.

Həmçinin xarici media mənsublarına Qala qoruğunda yenidən dirçəldilən, təkrar istifadə ilə ərsəyə gələn qurama eko-dost sənəti haqda danışılıb. Qonaqlar COP29 tədbiri çərçivəsində təşkil edilmiş “Qurama Art. Zamanın vəhdəti” sərgisi ilə də tanış olublar.

Qeyd edək ki, Qala qoruğuna mediaturlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri