Icma.az
close
up
RU
Xarici ölkələrin Baş prokurorları Suraxanıdakı “Ekopark”da ağac əkiblər

Xarici ölkələrin Baş prokurorları Suraxanıdakı “Ekopark”da ağac əkiblər

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29 çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi”nə həsr olunmuş yüksəksəviyyəli sessiyadan əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Bülbülə gölünün yanında yeni salınmış “Ekopark”da Baş prokuror Kamran Əliyevin, İNTERPOL-un rəhbərinin, eləcə də 15 ölkənin, o cümlədən Türkiyə, Moldova və Monqolustanın Baş prokurorları və digər yüksəkvəzifəli şəxslər də daxil olmaqla, 90 nəfərin iştirakı ilə 200 ədəd xatirə ağacı əkilib. Bununla həmin parkda, ümumilikdə, əkilən ağacların sayı 1700-ə çatdırılıb. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Ekoloji şəraitin yaxşılaşdırılmasına yönəlmiş parkın salınması Baş prokurorun təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə simvolik olaraq ağacların əkini ilə başlayıb və iyunun 24-də Xankəndi şəhərində keçirilmiş elmi-praktiki konfransda təsis edilən ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq-mühafizə tədbirləri) platformasının tərkib hissəsidir.

Bu ağacəkmə tədbiri sayca 5-ci layihədir və bununla Bakı şəhərinin müxtəlif rayonlarında əkilmiş ağacların sayı 2500-ə çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see130

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see112

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri