Icma.az
close
up
RU
Xarici qonaqlar COP29dakı yemək qiymətləri haqda nə dedilər? SORĞU

Xarici qonaqlar COP29dakı yemək qiymətləri haqda nə dedilər? SORĞU

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

COP29 başlayan ilk gündən müzakirə olunan məsələlərdən biri də orada satılan qida məhsulları ilə bağlıdır. Belə ki, “BBC Azərbaycan” bir neçə gün öncə yeməklərin baha olduğuna dair reportaj hazırlamışdı.

News24.az xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı iştirakçılar arasında sorğu keçirib.

Həmin sorğunu təqdim edirik:

İngiltərənin “The Guardian” nəşrinin müxbiri Damian Carrinqton bundan öncə Misir və Dubayda keçirilən COP tədbirində olduğunu bildirib:

“Hər ölkənin təyin etdiyi müəyyən bir qiymət var. Ümumiyyətlə, COP tədbirlərində əsasən, kofe baha olur. Ötən il Dubayda da məhz kofe baha idi. Yetərincə bahalı ölkədən gəldiyim üçün Bakıda olan qiymətlər mənə çox təsir etmir. Mənim üçün əsas konfransdır. Qeyd edim ki, kofe istisna olmaqla digər aldığımız məhsulun pulunu şirkət qarşılayır”.

Yəməndən olan Alam aima abdulalem Albanna adlı qonaq COP28 zamanı Dubayda olduğunu qeyd edib:

“Dubayda qiymət daha baha idi. Ümumiyyətlə, bir ölkə ilə digərində olan qiyməti müqayisə etmək yersiz olar. Amma Dubayla müqayisədə Azərbaycanda qiymət çox yaxşıdır. Bundan başqa Azərbaycan xalqı yardımsevər olduğuna görə ən azından nəsə əldə etməkdə çətinlik də çəkmirəm”.

Hindistandan olan jurnalist Dinakar Sethuraman Iyer deyib ki, yalnız Azərbaycanda yox, beynəlxalq tədbirlər zamanı digər ölkələrdə də qiymətlər yüksək olur:

“Bundan öncə COP28-də Dubayda oldum. Orada qiymətlər buradan da baha idi”.

Niderlanddan olan Sebastian Sacedo adlı qonaq daha öncə COP26 və COP28-də olduğunu qeyd edib:

“Fikrimcə, qiymətlər demək olar ki, oxşardır. Hər birində eyni məbləğdə pul xərcləmişəm. Lakin Dubayda daha baha idi”.

İsveçdən olan Johan Axel Ebbe Eriksson adlı qonaq isə xərci çalışdığı şirkətin qarşıladığını deyib:

“Ümumiyyətlə, COP tədbirlərində qiymət baha olur. Məsələn, Dubayda keçirilən COP-da baha olduğu üçün yeməyin pulunu dövlət qarşılamışdı”.

Mikroneziyadan gələn Ann Albert xərci özünün qarşıladığını bildirib:

“Mənim ölkəm balaca olduğuna görə, dövlət bu tip böyük tədbirlərin xərclərini qarşılaya bilmir. Qiymətlərə gəlincə, daha əvvəlki COP tədbirləri ilə eyni olduğunu düşünürəm”.

Hindistandan gələn Veena Balakrişnan qiymətləri digər ölkələrlə müqayisə edib:

“Məsələn, Dubayda buradan daha baha idi. Burada bizə baha gələn yalnız kofedir. Qalan şeylər yaxşıdır”.

İtaliyadan gələn İnkar Qədirjanova maraqlı fikir səsləndirib:

“Qiymətlərin baha olduğunu deyənləri anlamıram. Baxın, kofe İtaliyada heç 2 avro da etmir, amma burada bir az bahadır. Kabab və digər Azərbaycanın milli yeməkləri isə burada ucuz, başqa ölkələrdə bahadır. Bu isə normal haldır”.

Almaniyadan gələn Cecilie Sorhus adlı qonaq da qiymətlərin digər ölkələrə nisbətən ucuz olduğunu bildirib.

Qida qiymətləri ilə bağlı yerli qonaqlardan da fikir aldıq. Politoloq Tural İsmayılov beynəlxalq tədbirlərdə qiymətlərin adətən baha olduğunu xatırladıb:

“Bundan öncə də dəfələrlə beynəlxalq tədbirlərdə iştirak etmişəm. Bilirik ki, normalda beynəlxalq tədbir zamanı yemək-içmək işinə baxan şirkətlərin daşınma və iştirak xərcləri olur. COP29-da tətbiq edilən qiymətlər, bundan öncə qarşılaşdığım digər ölkədə olan qiymətlərdən dəfələrlə aşağıdır. Hesab edirəm ki, bu gün müzakirə edilən məsələləri kənara qoyub, qəsdli şəkildə hansısa “qiymət artımı” haqqında süni propaqanda aparmaq ictimai rəyi əsas hədəfdən yayındırmağa xidmət edir. Bütün bunlar COP29-un uğurlarına kölgə salmaq cəhdləridir. Ötən il Dubayda keçirilən COP28-də daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarda iştirak edən hər kəs bilir ki, orada olan qiymətlər burada təqdim olunan qiymətlərdən dəfələrlə baha olub”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Noyabr 2024 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri