Xarici qoşunların Ukraynada olması Rusiya üçün qəbuledilməzdir Lavrov
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Xarici qoşunların Ukrayna ərazisində olması Rusiya üçün tamamilə qəbuledilməzdir.
Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib .
Lavrov Rusiyanın hər zaman dürüst danışıqların və 2022-ci ildə İstanbulda razılaşdırılan təhlükəsizlik zəmanətlərinin tərəfdarı olduğuna diqqət çəkib.
''Söhbət kollektiv təhlükəsizlik və onun bölünməzliyindən gedir. Qalan hər şey, hər şey birtərəfli, ümidsiz bir işdir. Bundan əlavə, hazırda Qərbin Ukrayna tərəfi ilə apardığı müzakirələrdən göründüyü kimi, bütün bu planlar əslində Ukrayna ərazisinin hansısa hissəsinə xarici hərbi müdaxilə yolu ilə təminatların verilməsi ilə bağlıdır. Amma ümid edirəm ki, onlar başa düşürlər ki, bu, Rusiya Federasiyası və Avropadakı bütün ağıllı siyasi qüvvələr üçün tamamilə qəbuledilməz olacaq", - Lavrov vurğulayıb.
Aminə Şahsuvarqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















