Xarici siyasətimizdə yeni reallıqlar: Regionda liderlik, qlobal əməkdaşlıq
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyada geopolitik mənzərə sürətlə dəyişir, güc balansları yenidən formalaşır və regionlarda uzun illər “status-kvo” ilə qorunan qaydalar artıq keçmişin bir parçasına çevrilir. Belə bir zamanda Azərbaycan beynəlxalq münasibətlərdə öz mövqeyini yalnız diplomatiya ilə deyil, güclü dövlətçilik və strateji qərarlarla təmin edən nümunəvi bir oyunçu kimi diqqət çəkir.
Azərbaycanın xarici siyasəti son illərdə yalnız kağız üzərində deyil, real fəaliyyət və strateji qərarlarla ölçülən bir mərhələyə daxil olub. Prezident İlham Əliyevin son müsahibəsi bunu açıq şəkildə göstərdi: ölkəmiz beynəlxalq arenada milli maraqlarını qorumaq, regional təsirini artırmaq və uzunmüddətli strateji planlarını həyata keçirmək baxımından möhkəm mövqe tutur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Səbinə Salmanova bildirib ki, Azərbaycanın xarici siyasəti son illərdə yalnız kağız üzərində deyil, real fəaliyyət və strateji qərarlarla ölçülən bir mərhələyə daxil olub:
"Azərbaycanın diplomatik fəaliyyəti sadəcə münaqişələrin həllinə yönəlməyib. Ölkəmiz regional əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat-logistika layihələrini aktiv şəkildə irəlilədərək strateji mövqeyini gücləndirib. Xüsusilə enerji resurslarının ixracı, tranzit yollarının şaxələndirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi Azərbaycanı Cənubi Qafqazda dayanıqlı və etibarlı tərəfdaş kimi tanıdır. Bundan əlavə, Azərbaycanın beynəlxalq arenada fəallığı yeni tərəfdaşlıq modellərinin formalaşmasına səbəb olub. ABŞ, Avropa və Asiya ölkələri ilə iqtisadi, təhlükəsizlik və siyasi sahələrdə çoxşaxəli əməkdaşlıq möhkəmlənib. Bu, yalnız ölkəmizin milli maraqlarının qorunması baxımından deyil, həm də regionda sülh, sabitlik və inkişaf üçün önəmli zəmin yaradır".
Həmsöhbətimiz qeyd edib ki, xarici siyasətin yalnız müdafiə və diplomatiyadan ibarət olmadığı da görünür:
"Azərbaycan strateji nəqliyyat yollarını genişləndirir, regional iqtisadi əlaqələri aktivləşdirir və enerji sektorunda çoxşaxəli əməkdaşlıq qurur. Bu addımlar həm regionda Azərbaycanın mövqeyini gücləndirir, həm də Cənubi Qafqazın iqtisadi dayanıqlılığına töhfə verir. Eyni zamanda, ölkəmizin tranzit potensialının artırılması və beynəlxalq logistika dəhlizlərində fəal iştirakı Azərbaycanın qlobal ticarət şəbəkələrində rolunu gücləndirir. Bu, yalnız iqtisadi deyil, həm də strateji önəm daşıyır, çünki regionda yeni əməkdaşlıq modellərinin yaradılmasına və tərəfdaş ölkələrlə qarşılıqlı etimadın formalaşmasına şərait yaradır".

Səbinə Salmanova: Azərbaycanın diplomatik uğurları və iqtisadi təşəbbüsləri ölkəmizin maraqlarını qorumaqla kifayətlənmir
Parlament üzvü onu da əlavə edib ki, ABŞ ilə münasibətlərdəki yeni mərhələ də bu strateji dönüşün göstəricisidir:
"907-ci düzəlişin ləğvi perspektivi ticarət və investisiya imkanlarını artırmaqla yanaşı, Azərbaycan-ABŞ strateji əməkdaşlığını möhkəmləndirir və regionda balanslı güc siyasətinə yeni imkanlar yaradır. Bu həm də ölkəmizin beynəlxalq səviyyədə etibarlı və proaktiv tərəfdaş imicini möhkəmləndirir. Azərbaycanın xarici siyasəti indi yalnız diplomatik və hərbi aspektlərlə məhdudlaşmır, o, həm də iqtisadi, enerji və logistika sahələrində uzunmüddətli planlaşdırma və strateji tərəfdaşlıq üzərində qurulub".
Sonda deputat qeyd edib ki, bütün bu uğurlar Azərbaycan artıq reaktiv mövqedə deyil, qlobal və regional siyasətin fəal və strateji iştirakçısına çevrildiyini göstərir. Strateji planlama, güc balansının dəqiq qiymətləndirilməsi, çoxşaxəli iqtisadi və diplomatik əməkdaşlıq siyasəti ölkəmizi yalnız regional lider kimi deyil, beynəlxalq səhnədə nüfuzlu və etibarlı oyunçu olaraq mövqeləndirir:
"Azərbaycanın diplomatik uğurları və iqtisadi təşəbbüsləri yalnız ölkəmizin maraqlarını qorumaqla kifayətlənmir, həm də regionda yeni əməkdaşlıq modellərinin formalaşmasına, investisiya mühitinin yaxşılaşmasına və ticarət əlaqələrinin şaxələnməsinə töhfə verir. Bütün bu elementlər bir araya gələrək Azərbaycanın uzunmüddətli maraqlarını qorumaqla yanaşı, Cənubi Qafqazda davamlı sülh və inkişaf üçün real perspektivlər açır. Bununla da Azərbaycan həm regional inteqrasiyanın, həm də qlobal strateji əməkdaşlığın təşəbbüskarı olaraq mövqeyini gücləndirir, beynəlxalq siyasətdə öz səsini daha fəal şəkildə eşitdirir".
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 06 Yanvar 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















