Icma.az
close
up
RU
Xarici və sapı özümüzdən olan qüvvələr min oyun qursalar da, arzuları ürəklərində qalacaq

Xarici və sapı özümüzdən olan qüvvələr min oyun qursalar da, arzuları ürəklərində qalacaq

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İlk növbədə "Parlamentarizm: ənənələr və prespektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransının uğurla təşkil edilməsi münasibətilə Sizi və bütün həmkarlarımı təbrik edirəm".

Redaktor.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. 

"Artıq biz 2024-cü ilin sonuna yaxınlaşırıq və bu il ölkəmizdə çox mühüm və əlamətdar hadisələrlə yadda qaldı. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri davam edir. Bu çərçivədə bir çox layihələr tamamlanmış, digərləri isə sürətlə həyata keçirilir. Azərbaycanın milli iradəsi və infrastruktur imkanları bu prosesin yüksək səviyyədə icrasını təmin etmişdir. Artıq uzun illər boyu məcburi köçkün kimi yaşayan bir çox soydaşımız öz doğma yurdlarına qayıdıb. Bu, ölkəmizin sosial ədaləti bərpa etmək yolunda atdığı mühüm addımlardan biridir.

Həmçinin, bu il Qarabağda, Xankəndi şəhərində dövlətimiz üçün tarixi əhəmiyyətə malik bir hadisə baş verdi: Qarabağ Universitetinin açılışı həyata keçirildi. Bu, yalnız təhsil infrastrukturunun genişləndirilməsi deyil, həm də Azərbaycanın suverenliyinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Universitetdə təhsil almağa başlayan azərbaycanlı tələbələr ölkənin elm və mədəniyyət inkişafına mühüm töhfə verəcək.

Bundan əlavə, 2024-cü ildə Azərbaycanın dünya səviyyəsində nüfuzunu artıran mühüm beynəlxalq tədbirlərdən biri də BMT-nin İqlim Dəyişikliyi Konfransı COP 29-un ölkəmizdə keçirilməsi oldu. Bu tədbir, Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə fəal iştirak etdiyini və ekoloji problemlərin həlli istiqamətində beynəlxalq tərəfdaşlıqda önəmli mövqe tutduğunu nümayiş etdirdi. Konfransın nəticələri, həm yerli, həm də qlobal səviyyədə, ekoloji sabitliyin təmin olunmasına töhfə verəcəyindən əminik. Bütün bu nailiyyətlər Azərbaycanın davamlı inkişaf və beynəlxalq miqyasda tanınmış etibarlı tərəfdaş imicini möhkəmləndirdiyini bir daha sübut edir. Ölkəmiz, həm daxili, həm də xarici siyasətində qətiyyətlə irəliləyərək gələcəyə ümidlə baxır. 

Azərbaycanın inkişafını və yaratdığı yeni reallıqları qəbul etmək istəməyən xarici və sapı özümüzdən olan qüvvələr min oyun qursalar da dövlətimiz və xalqımız onların arzularını ürəklərində qoyacaq", - deyə o bildirib. 

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri