Icma.az
close
up
RU
Xaricidə yaşayan azərbaycanlılara ana dilini öyrənmək üçün FÜRSƏT

Xaricidə yaşayan azərbaycanlılara ana dilini öyrənmək üçün FÜRSƏT

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi”nə ikinci yarımil üzrə qeydiyyat elan edir.
Modern.az xəbər verir ki, “Ana dili – Azərbaycan məktəbi" ölkəmizdən kənarda yaşayan və müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. Dərslər həftədə iki dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən peşəkar müəllimlər və təcrübəli mütəxəssislər tərəfindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir.
17 yanvar 2025-ci il tarixinədək aşağıdakı keçid vasitəsilə “Ana dili – Azərbaycan məktəbi”nin ikinci yarımilinə qeydiyyatdan keçmək mümkündür: //forms.gle/cXsKcAz2k4t3EczUA  
Qeyd edək ki, ötən ildən start verilən layihəyə Rusiya, İran, Almaniya, ABŞ, Avstraliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsveç, Fransa və 30-dan çox digər ölkədə yaşayan həmvətənlərimiz qoşulub.
Ümumilikdə 1000-dən çox həmyerlimiz bu layihədən yararlanıb. Layihə 6-18 yaşlı şəxslər üçün nəzərdə tutulsa da, çoxsaylı istəklərə görə 18 yaşdan yuxarı olanlar üçün əlavə qruplar təşkil edilib. Hazırda 300-dən çox soydaşımız dərslərə qoşulur. 

İkinci yarımil üzrə dərslərin 25 yanvar 2025-ci il tarixində başlaması nəzərdə tutulub.
“Ana dili – Azərbaycan məktəbi” ilə bağlı əlavə suallar olduğu təqdirdə [email protected] elektron poçt ünvanı və ya +994 51 226 71 21 mobil nömrəsi (“WhatsApp”, “Telegram”) vasitəsilə əlaqə yaratmaq mümkündür.
Daha ətraflı məlumatı //anadili.agma.az/ saytından və layihənin sosial media səhifələrindən linktr.ee/anadili əldə etmək olar. @anadiliaze

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri