Icma.az
close
up
RU
Xarkov vilayətində ruslar qruplar halında təslim olur: Hərbçi vəziyyəti izah etdi

Xarkov vilayətində ruslar qruplar halında təslim olur: Hərbçi vəziyyəti izah etdi

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xarkovun şimalında, "Xartiya" 13-cü briqadasının məsuliyyət zonasında ümumi vəziyyət Ukrayna əsgərləri üçün nisbətən sakitləşib. 

Qaynarinfo xəbər verir ki, bu barədə briqadanın nümayəndəsi Vladimir Deqtyaryev Kiyev24 efirində danışıb.  

"Buna bir tərəfdən hava şəraiti təsir edir: qar əriyir, yağışlar yağır, tırtıllı texnikanın hərəkəti ciddi şəkildə məhdudlaşır, çünki bu, həm düşmən, həm də bizim tərəfimizdən nəzarətdə saxlanılır", – o bildirib.  

Deqtyaryev əlavə edib ki, vəziyyətə təsir edən digər əsas amil Rusiya hərbçilərinin mənəvi-psixoloji durumunun kəskin şəkildə pisləşməsidir.  

"Təkcə son həftə ərzində bir neçə rus hərbçi qrupu, demək olar ki, heç bir atəş açmadan təslim olub. Əgər daimi pilotsuz uçuş aparatlarının basqısını, bombardmanları, artilleriya zərbələrini və onların logistikasının tam məhv edilməsini nəzərə almasaq. Biz görürük ki, onlar təslim olmağa hazırdırlar, özü də təkcə sıravi əsgərlər deyil, serjantlar və hətta bir zabit də var", – Deqtyaryev vurğulayıb.  

Bundan əvvəl Üçüncü Hücum Briqadasının əsgərləri dronlar və səsucaldıcılar vasitəsilə rus hərbçilərini əsir götürmə taktikalarını nümayiş etdirmişdilər. Hərbçilərin sözlərinə görə, bu üsul rusların təslim olmağa razı salınması üçün tətbiq edilir, çünki onlar Rusiya təbliğatının təsiri altında ukraynalıların onlara işgəncə verəcəyinə inanırlar.  

Bu arada Associated Press xəbər verib ki, Ukraynanın artıq ATACMS uzaqmənzilli raketləri qalmayıb. AP mənbələrinin məlumatına görə, ABŞ Ukraynaya 40-dan az belə raket tədarük edib və onlar hələ yanvarın sonunda tükənib.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Mart 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri