Icma.az
close
up
RU
Xarlanmış balı əvvəlki halına qaytarmağın 5 praktik yolu

Xarlanmış balı əvvəlki halına qaytarmağın 5 praktik yolu

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Xarlanmış (kristallaşmış) bal təbii quruluşunu qoruyan əsl ballarda tez-tez rast gəlinən normal bir haldır. Düzgün üsullarla tətbiq olunan yüngül isitmə sayəsində balı yenidən axıcı vəziyyətə gətirmək mümkündür.

Milli.Az xəbər verir ki, bu prosesdə çox yüksək temperaturdan qaçmaq balın təbii ətrini və qida dəyərini qorumağa kömək edir.

"Benmari" üsulu ilə yavaşca isidin
Xarlanmış balı axıcı hala gətirməyin ən etibarlı yolu "benmari" üsuludur. Bir qabın içinə ilıq su tökün və bal dolu bankanı bu suyun içinə yerləşdirin. Suyun temperaturunun çox yüksək olmamasına diqqət edin və heç vaxt qaynar su istifadə etməyin. Bankanı arabir yüngülcə çevirərək balın bərabər şəkildə həll olunmasını təmin edə bilərsiniz. Kristallar əridikcə bal əvvəlki axıcı görünüşünə qayıdacaq.

İlıq mühitdə gözlətmə üsulunu sınayın
Balı birbaşa yüksək temperatura məruz qoymaq əvəzinə, təbii şəkildə ilıq bir yerdə saxlaya bilərsiniz. Otaq temperaturundan bir qədər isti olan bir yer bu proses üçün uyğundur. Bal zaman keçdikcə öz-özünə yumşalacaq və kristalları əriyəcək. Bu üsul səbir tələb edir, lakin balın təbii xüsusiyyətlərini qorumaq üçün çox faydalıdır. Bankanı arabir yüngülcə çalxalamaq ərimə prosesini sürətləndirə bilər.

İlıq su vannasını müəyyən fasilələrlə tətbiq edin
Bankanı vaxtaşırı ilıq su dolu qaba qoyaraq kristalların həll olunmasını təmin edin. Su soyuduqca onu təzəsi ilə əvəz etmək prosesin daha səmərəli olmasına kömək edir. Balı davamlı yüksək temperaturda saxlamaq əvəzinə, bu cür kontrollu isitmək daha düzgün yoldur. Proses zamanı bankanın qapağının möhkəm bağlandığından əmin olun ki, balın içinə su qarışmasın.

Bankanı arabir qarışdıraraq kristalları həll edin
Balın xarlanmış hissəsini təmiz və quru bir qaşıqla ehtiyatla qarışdıra bilərsiniz. Qarışdırma prosesi kristallar daha tez əriməsinə kömək edir. Bu üsulu ilıq su vannası ilə birlikdə tətbiq etsəniz, daha effektiv nəticə alacaqsınız. Çox sərt hərəkətlərdən qaçın və balın quruluşunu qorumağa diqqət edin. Kristallar tamamilə əriyənə qədər bu prosesi təkrarlaya bilərsiniz.

Düzgün saxlama şəraiti ilə yenidən xarlanmanı gecikdirin
Bal əvvəlki halına qayıtdıqdan sonra onu düzgün şəraitdə saxlamaq vacibdir. Bankanı sərin, quru və birbaşa günəş işığı düşməyən yerdə saxlayın. Çox aşağı temperaturda saxlamaq balın daha tez xarlanmasına səbəb ola bilər. Qapağını hər istifadədən sonra möhkəm bağlamaq nəmin daxil olmasının qarşısını alır. Balı təmiz və quru qaşıqla götürmək də onun keyfiyyətini qorumağa kömək edir.

Təbii balın zamanla yenidən xarlanması təbii bir prosesdir və bu, balın xarab olması demək deyil.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 İyul 2026 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri