Icma.az
close
up
RU
“Xarüqələr yaradan qətiyyətli Lider”

“Xarüqələr yaradan qətiyyətli Lider”

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və partiyanın Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Xarüqələr yaradan qətiyyətli Lider” adlı kitabının təqdimat mərasimi keçirilib.Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin ideyalarını müvəffəqiyyətlə həyata keçirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam təmin etmiş güclü Lider kimi adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdığını bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyev Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb. Təqdimatı keçirilən kitabda da məhz bu məqamlardan geniş bəhs olunur.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə hazırda Azərbaycanın inkişafının ən möhtəşəm dövrünü yaşadığını deyib: “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində isə Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Vətən müharibəsində 30 illik işğala son qoyulması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün və qüdrətinin ifadəsidir”.
YAP Veteranlar Şurasının sədri bildirib ki, Prezident İlham Əliyevin liderliyinin fəlsəfəsi tarixi anı düzgün qiymətləndirmək və ən çətin vəziyyətlərdə belə doğru qərar vermək bacarığına əsaslanır. Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi bu müdrik siyasətin nəticəsidir. Zərifə Quliyevanın müəllifi olduğu kitabda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən Zəfər yoluna geniş nəzər salıb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, kitabın redaktoru Əliqismət Bədəlov isə çıxışında diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan müharibənin nəticəsi olaraq əldə olunan şanlı Zəfər, yaranan yeni reallıqlar “Xarüqələr yaradan qətiyyətli Lider” adlı kitabda oxucuların diqqətinə faktlarla çatdırılır. Kitabda Prezident İlham Əliyev ölkəmizin inkişaf yolunu müəyyən edən, dövlətçilik dayaqlarını möhkəmləndirən qurucu və islahatçı Lider olaraq təqdim olunur.
Tədbirdə, həmçinin AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı, tədqiqatçı Sayman Aruz, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva, YAP Veteranlar Şurasının üzvü, professor Adilə Abasova, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev, Biologiya elmlər doktoru, dosent Tubuxanım Qasımzadə “Xarüqələr yaradan qətiyyətli Lider” kitabın əhəmiyyətindən bəhs edərək bildiriblər ki, Azərbaycanın həm hərb meydanında, həm diplomatiya, həm də informasiya cəbhəsində qalib gəlməsi Prezident İlham Əliyevin uzaqgörənliyinin, müdrikliyinin və qətiyyətli liderliyinin nəticəsidir.
Qeyd ediblər ki, kitabda Azərbaycanı Zəfərə aparan yol həm siyasi, həm də fəlsəfi baxımdan şərh edilir. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib. Əldə olunun nailiyyətlərin zirvəsində isə işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi və suverenliyimizi təmin edən bir günlük antiterror tədbirləri dayanır. Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq, bütün sahələrdə sürətli inkişafa nail olunub, Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.
YAP Veteranlar Şurasının üzvü, Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edərək deyilən xoş sözlərə görə və kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərdən geniş bəhs edərək vurğulayıb ki, dövlət başçısının rəhbərliyi ilə əldə olunan nailiyyətlər bizi gələcəyə daha nikbin baxmağa sövq edir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bu reallığı təsdiqləyir.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri