Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib RUSİYADA DAHA YÜKSƏK QONARAR ALACAQ
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Əslən Xankədidən olan məşhur müğənni Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə adıçəkilən şəhərdə təşkil olunacaq bayram konsertində oxumaqdan imtina edib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, müğənni əvvəlcə konsertin təşkilatçıları ilə danışığında buna razılaşsa da, sonradan qərarını dəyişib.
Saytımızın əməkdaşı məsələ ilə müğənninin mobil telefonuna zəng edib.
Özünü onun köməkçisi kimi təqdim edən Qönçə adlı xanım bildirib ki, bu barədə hər hansı məlumatı yoxdur:”Xatirə xanım hazırda xaricdədir”.
Araşdırmamız zamanı müğənninin bu imtinasının səbəbi üzə çıxıb.
Məlum olub ki, Xatirə İslam Rusiya paytaxtında təşkil olunacaq Yeni İl şənliyində daha yüksək qonorar təklifini qəbul etdiyi üçün Xankəndi şəhərində oxumaqdan imtina edib.
Əslən Qarabağdan olan müğənninin bu hərəkəti bu məsələdən agah olan hər kəsi təəccübləndirib.
Azərbaycanın igid oğlanlarının qanı bahasına azad edilən torpaqda oxumaq Xatirə İslam və başqa müğənnilər üçün şərəf sayılsa da onlar bunun əhəmiyyətini dərk etmir.
Görünür, Xatirə İslam üçün maddiyyat daha önəmlidir.
Elmar
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 17 Dekabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















