Icma.az
close
up
RU
Xatirə Yeni il şənliyi üçün Xankəndinin yerinə, Moskvanı seçdi? AÇIQLAMA VİDEO

Xatirə Yeni il şənliyi üçün Xankəndinin yerinə, Moskvanı seçdi? AÇIQLAMA VİDEO

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Xatirə İslamın 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndidə keçiriləcək tədbirdə iştirakdan imtina etdiyi iddia olunur.
Bizim.Media xəbər verir ki, “Gununsesi.info”nun iddiasına görə, müğənni əvvəlcə konsertin təşkilatçıları ilə danışığında tədbirdə iştirak etməyə razılaşsa da, sonradan qərarını dəyişib. Xatirə İslamın Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq Yeni İl şənliyində daha yüksək qonorar təklifini qəbul etdiyi üçün Xankəndi şəhərində oxumaqdan imtina etdiyi bildirilib.
“Modern.az”ın iddiasına görə isə, müğənni Xankəndidəki tədbirdə iştirak etmək üçün əvvəlcə 6 min manat qonorar tələb edib, daha sonra bu məbləğ 2500 manatla razılaşdırılıb. Tərəflər arasında ilkin razılaşma əldə olunub və müğənniyə beh də verilib. Bir müddət sonra Xatirə İslamın behi geri qaytardığı qeyd olunur.
Sözügedən iddialarla bağlı Xatirə İslam sosial media hesabında açıqlama yayıb. O bildirib ki, Yeni il günü Bakıda olacaq:
“Mən çox zaman haqqımda yayılan xəbərlərə münasibət bildirmirəm. Bu pis və ya yaxşı xəbər ola bilər. Xəbərin başlığıdan bilirəm ki, bu xəbər hansı niyyətlə yazılıb. Mən onları Allaha həvalə edirəm. Bu gün də qarşıma bəzi xəbərlər çıxdı. Demək istəyirəm ki, bunlar gerçək deyil. Mən yeni il günü Bakıda olacağam”.
Xatırladaq ki, Xatirə İslam daha əvvəl Xankəndili olduğunu vurğulayıb. O, Xankəndidə keçirilən tədbirlərə dəvət edilməməsindən dəfələrlə şikayət edib.
Qeyd edək ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində bayram tədbirləri keçiriləcək. Bayram proqramı çərçivəsində şəhərdə “Qış nağılı” adlı yarmarka təşkil olunacaq.
Eyni zamanda Xankəndidə geniş konsert proqramının da baş tutacağı bildirilir. Tədbirlər şəhərin mərkəzində yerləşən Zəfər meydanında keçiriləcək.
Bu, Xankəndidə təşkil olunan sayca ikinci Yeni il tədbiridir. Bayram proqramına hazırlıqların artıq yekunlaşmaq üzrə olduğu bildirilir. Məlumata görə, tədbirdə tanınmış sənətçilərin iştirakı nəzərdə tutulub.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Dekabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri