Icma.az
close
up
RU
“Xatirələr ünvanımdır” kitabı işıq üzü görüb

“Xatirələr ünvanımdır” kitabı işıq üzü görüb

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin üzvü dənizçi-şair Səxavət Ənvəroğlunun “Xatirələr ünvanımdır” adlı növbəti kitabı işıq üzü görüb. Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar”, “İlham çeşməsi” ədəbi məclisinin üzvü olan S.Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilir, sözlərinə mahnılar bəstələnib tanınmış müğənnilər tərəfindən ifa olunur. Müəllifin şeirlərində Vətən, yurd, təbiət sevgisi, ata-anaya hörmət, böyüyə ehtiram yaradıcılığının əsas xəttini təşkil edir.

Əvvəlki kitablarda olduğu kimi, bu kitabda da müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər, lirik düşüncələr, 44 günlük II Qarabağ müharibəsində müzəffər ordumuzun qazandığı ugurlardan və canlarını Bütöv Azərbaycan uğrunda qurban verən Vətən şəhidlərinin müqəddəs ruhlarına ehtiramdan yaranan poetik nümunələr, dənizçi ömrünün təəssüratları və həyat müşahidələrini əks etdirən əsərlər bir araya gətirilib. Əsərlərdə Vətənə məhəbbət, insanın mənəvi dünyası, xatirələrin yaşatdığı duyğular, dostluq, sədaqət, ailə dəyərləri və həyatın fəlsəfi məqamları poetik dillə oxucuya təqdim olunur.

Müəllif əsərlərində həyatın müxtəlif çalarlarını səmimi poetik dillə ifadə edir, mənəvi dəyərlərin qorunmasının vacibliyini önə çəkir. Kitabda yer alan şeirlərdə vətənpərvərlik duyğuları, doğma yurda bağlılıq, insan sevgisi və xeyirxahlıq ideyaları aparıcı xətt təşkil edir.

Müəllif zəngin həyat təcrübəsini səmimi ifadə tərzi ilə birləşdirərək oxucunu duyğular aləminə aparır.

Şairin dənizçilik həyatı ilə bağlı şeirlərində tənha günlərində amansız fırtınalarda yaşadığı duyğular canlandırılır. Sevgidə etibarı əsas tutan müəllifin saf duyğulardan yaranmış məhəbbət şeirləri də səmimiyyətlə qələmə alınıb.

Kitaba həmçinin müəllifin qəzəlləri, bayatıları, uzun illərin dostlarına həsr etdiyi və ya onların dilindən yazdığı şeirləri, şirin-şəkər balaları düşünməyə vadar edən tapmacaları da daxil edilib.

“Xatirələr ünvanımdır” Səxavət Ənvəroğlunun oxucularla doqquzuncu görüşüdür. İndiyə qədər onun “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017), “Sətir-sətir oxu məni” (2018), “Gedirəm...” (2020) “Məni bağışla...” (2022), “Xatirələr qocalmır” (2024) və “Gecikmiş məhəbbət” (2025) kitabları işıq üzü görüb.

Kitabın redaktoru və “Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Anar Məmmədovdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 İyul 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri