Icma.az
close
up
RU
Xavidən şok etiraflar: “Barselona”nı başqası idarə edir, Messini Laporta istəmədi”

Xavidən şok etiraflar: “Barselona”nı başqası idarə edir, Messini Laporta istəmədi”

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes klubdan gedişi, transfer uğursuzluqları və prezident Joan Laporta ilə münasibətləri barədə sensasiyalı açıqlamalar verib. Uzun müddət susmağı üstün tutan əfsanəvi futbolçu, klub tərəfindən yayılan rəsmi versiyanın tamamilə yalan olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, Xavinin açıqlamalarında ən diqqətçəkən məqamlar klubun idarəçiliyi və Lionel Messinin qayıdışı ilə bağlıdır.

“Klubu Laporta yox, başqası idarə edir”

Xavi bildirib ki, “Barselona”da real qərarları Joan Laporta deyil, onun yaxın adamı Alexandro Eçevariya verir:

“Məni işdən qovan Laporta olsa da, əslində bu qərarı Eçevariya vermişdi. Hazırda bu “Barsa” belə işləyir - klubu praktiki olaraq Alexandro idarə edir. Hətta Deku belə onun tərəfindən məhdudlaşdırılır. Bir dəfə ondan soruşdum ki, sən burada hansı rəsmi vəzifəni tutursan? Deku, Bojan orada idilər, amma mənim davam etməyəcəyimə məhz Alexandro qərar verdi. Ən üzücü olan isə odur ki, bunu üzümə demək əvəzinə iki-üç həftə gözlətdilər”.

Messinin qayıdışını Laporta dayandırıb

Leo Messinin 2023-cü ildə kluba qayıtma ehtimalı barədə danışan Xavi, günahkarın prezident olduğunu vurğulayıb:

“Leonun qayıdışı artıq həll olunmuşdu. La Liqadan icazə almışdıq, həm Messi, həm də mən bunu çox istəyirdik. Lakin Laporta imzanı dayandırdı. Mənə dedi ki, Messinin qayıdışı onun əleyhinə işləyə bilər. Messinin gəlməməsinin səbəbi nə iqtisadi vəziyyət, nə də atasının çox pul istəməsi idi. Bu, yalandır. Sadəcə Laporta və ətrafı “yox” dedi”.

Hansi Fliklə görüş və mənəvi miras

Xavi hazırkı baş məşqçi Hansi Fliklə münasibətlərinin əla olduğunu və alman mütəxəssisin onun evinə gələrək üzr istədiyini deyib:

“Flik çox dürüst insandır. Klub mən hələ baş məşqçi olduğum vaxt onunla danışıqlar apardığı üçün gəlib məndən üzr istədi. Hazırkı komandanın oyunundan həzz alıram. Lamin Yamal, Kubarsi, Pedri, Balde və Fermin kimi gəncləri komandaya qazandırdığım üçün qürur duyuram. Bu, mənim ən böyük mirasdırdır”.

“Mən Laportaya yox, "Barselona"ya tərəfəm”

Mütəxəssis klubun hazırkı idarəçilik sistemini və daim davam edən daxili münaqişələri “biabırçılıq” adlandırıb:

“Onlar elə bir mühit yaradırlar ki, “Barselona”da ya bizimləsən, ya da bizə qarşısan. Bu, “hamı bizə qarşı” mentalitetidir. Mən Laportanın əleyhinə deyiləm, mən “Barselona”nın tərəfindəyəm. Bizə dürüst insanlar lazımdır. Artıq 20 ildir ki, münaqişələr içində yaşayırıq: Kroyff, Laporta, Sandro, Nunyes... Hər kəs bu klubun bir hissəsi olmalıdır”.

“Mənim vaxtım bitdi”

Sonda Xavi bir daha heç vaxt “Barselona”ya qayıtmayacağını qəti şəkildə ifadə edib:

“Mənim həm oyunçu, həm də məşqçi kimi “Barselona”dakı vaxtım artıq keçdi. Amma həqiqətin bilinməsini istəyirdim. Mənimlə və Kumanla çox pis rəftar etdilər. Klubun tam yenidən qurulmasına ehtiyac var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Mart 2026 04:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri