Icma.az
close
up
RU
XƏBƏRDARLIQ: Bu sürücülər 50 manat cərimələnəcək

XƏBƏRDARLIQ: Bu sürücülər 50 manat cərimələnəcək

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Avtomobilin ön şüşəsində çat və ya zədənin olması sürücülər arasında tez-tez müzakirə edilən məsələlərdəndir. Maraqlıdır, belə hallarda sürücüyə inzibati cərimə tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, məsələ hər bir konkret vəziyyətə görə qiymətləndirilməlidir.

“Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununun 1 saylı əlavəsinin 7-ci bəndinə əsasən, avtomobilin ön şüşəsində çat və ya hər hansı zədə sürücünün idarəetməsini faktiki olaraq məhdudlaşdırarsa, bu halda nəqliyyat vasitəsinin istismarına icazə verilmir. Lakin çat və ya zədə sürücünün görmə sahəsinə mane olmursa, buna görə inzibati cərimə tətbiq edilmir”.

Hüquqşünas əlavə edib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsində tormoz sistemi, sükan idarəetmə mexanizmi nasaz olan, eləcə də xarici işıq cihazları, qabaq şüşənin şüşəsilgəcləri və şüşəyuyanları işləməyən nəqliyyat vasitələrinin istismarının qadağan edildiyi qeyd olunur.

“Bu cür nasazlıqlar aradan qaldırılmadığı təqdirdə, nəqliyyat vasitəsinin istismarına qadağa qoyula bilər və sürücüyə 50 manat məbləğində inzibati cərimə tətbiq olunur”, – deyə R.Süleymanov vurğulayıb.

Beləliklə, avtomobilin ön şüşəsində çatın olması avtomatik olaraq cərimə üçün əsas sayılmır. Əsas meyar həmin çatın sürücünün görmə qabiliyyətinə və təhlükəsiz hərəkətinə mane olub-olmamasıdır.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Dekabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri