Xəbərdarlıq: Güclü külək Bakıda və bölgələrdə hava şəraitini dəyişəcək
Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Doğru.az xəbər verir ki, sabah – mayın 21-də Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə güclü küləkli hava şəraiti gözlənilir. Bu səbəbdən Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıqlar verilib.
Məlumatda qeyd olunur ki, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qazax, Samux, Ağstafa, Göyçay, Zaqatala, Şəki, Qax, Balakən, Oğuz, İsmayıllı, Şirvan, Şamaxı, Ağsu, Qəbələ, Saatlı, Sabirabad, Ağdaş, Ucar, İmişli, Kürdəmir, Neftçala, Salyan, Hacıqabul, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 13.9-20.7 m/san olacağı bildirilir.
Bundan əlavə, Bakıda, Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Yevlax, Bərdə, Tərtər və Qobustanda küləkli hava şəraiti daha güclü olacaq. Bu ərazilərdə şimal-qərb küləyinin sürətinin 20.8-28.4 m/san-dək artacağı proqnozlaşdırılır.
Əhaliyə ehtiyatlı olmaları, açıq havada tədbir görmələri və müvafiq qurumların xəbərdarlıqlarına əməl etmələri tövsiyə olunur.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















