XƏBƏRDARLIQ: Türkiyədə hava qəfil dəyişəcək, qış geri qayıdır...
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə bir neçə gündür davam edən isti və yay ab-havalı günlər başa çatır. Meteorologiya Baş İdarəsi İstanbul başda olmaqla ölkənin bir çox bölgəsi üçün ardıcıl xəbərdarlıqlar yayıb.
“Yeni Sabah” xəbər verir ki, son hava proqnozlarına əsasən, İstanbulda buludlu hava müşahidə olunacaq. Xüsusilə səhər və axşam saatlarında lokal leysan olacağı bildirilir. Havanın temperaturunun 23 dərəcə ətrafında qalacağı gözlənilsə də, yağış səbəbindən havanın daha sərin hiss ediləcəyi qeyd olunub.
CNN Türk-ün meteorologiya üzrə məsləhətçisi Orxan Şən xüsusilə həftəsonu ilə bağlı diqqətli olmağa çağıraraq bildirib ki, bəzi bölgələrdə hava şəraiti qəfil dəyişə bilər. pizza
Meteorologiya Baş İdarəsinin açıqlamasına görə, Türkiyə ərazisinin böyük hissəsində qeyri-sabit hava hökm sürəcək. Mərmərə, Qara dəniz və Şərqi Anadolu bölgələrində güclü leysan və göy gurultulu yağışlar gözlənilir. Eyni zamanda Aralıq dənizinin şərqi, Mərkəzi Anadolunun şimal və şərq hissələri, eləcə də Cənub-Şərqi Anadolunun bəzi bölgələrində fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.
Qurum xüsusilə Şərqi Anadolunun şimal-şərqində gözlənilən güclü yağıntılarla bağlı xəbərdarlıq edib. Bildirilib ki, ani sel, su basması, ildırım, güclü külək və nəqliyyatda yarana biləcək problemlərə qarşı vətəndaşlar ehtiyatlı olmalıdır.
Məlumata görə, Ankara, Samsun, Trabzon, Ərzurum və Diyarbəkirdə də leysan yağışları müşahidə olunacaq. İzmirdə isə hava əsasən açıq və az buludlu keçəcək.
Meteorologiya Baş İdarəsinin 13-19 may tarixlərini əhatə edən həftəlik hesabatında qeyd olunub ki, həftənin ikinci yarısından etibarən xüsusilə Türkiyənin qərb və daxili bölgələrində temperatur nəzərəçarpacaq dərəcədə aşağı düşəcək.
Qeyd olunub ki, cümə axşamı və cümə günləri ölkənin bir çox bölgəsində güclü yağışların təsirini artıracağı gözlənilir. Həftəsonuna doğru isə yağıntıların əsasən şərq bölgələrində davam edəcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 13 May 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















