Icma.az
close
up
RU
Xəbəriniz olmadan adınıza kredit götürə bilərlər DİQQƏT

Xəbəriniz olmadan adınıza kredit götürə bilərlər DİQQƏT

Icma.az, News24 saytına istinadən bildirir.

Son vaxtlar onlayn fəaliyyətlər zamanı dələduzluq halları xeyli artıb. Ən çox yayılan fırıldaqçılıq növlərindən biri də nisbətən məlumatsız vətəndaşların adına onlayn kreditlərin götürülməsi ilə bağlıdır. 

Bir sıra dələduzlar müxtəlif zənglər vasitəsi ilə vətəndaşların telefon sistemlərini sındıraraq, şəxsi məlumatları ələ keçirir və bu variantla həmin vətəndaşın adına kredit götürürlər. Bəs görəsən, vətəndaşlar belə tələlərə düşməmək üçün nələrə diqqət etməlidir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev bildirib ki, vətəndaşlar onlayn dələduzluq hallarına qarşı ayıq-sayıq olmalıdır:

“İlk növbədə vətəndaşlar belə hallara qarşı ayıq-sayıq olmalıdır. İnformasiya təhlükəsizliyi ilə bağlı konkret qaydalara riayət etmək lazımdır. 

Məsələn, bilmədiyimiz hansısa bir naməlum yerdən hər hansı bir proqram təminatı telefonlara yüklənməməlidir. Çünki dələduzlar bu vasitə ilə bizim fərdi məlumatlarımızı ələ keçirə bilər. 

Digər tərəfdən, internet resurslarına filan daxil olanda diqqətli olmaq lazımdır. Belə olan halda isə mobil telefonlara və kompüterlərə virus düşə bilər. Bu isə bütün şəxsi məlumatlarımızı toplayar və 3-cü şəxslərə ötürər. 

Ən əsası isə tanımadıqları insanlara kart məlumatlarının verilməməsidir. Bura həm FİN kod, həm də 16 rəqəmli nömrə aiddir. Ümumiyyətlə, bir çox vətəndaşlar belə hallarla bağlı məlumatsızdır. Bu istiqamətdə informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirilməli və vətəndaşların özləri də bu barədə məlumat toplamalıdırlar”.

Asif Rzayev bildirib ki, bu kimi hallar onlayn kredit sifarişi, alış-veriş və ödənişlərin sayını azalda bilməz:

“Texnologiya inkişaf etdikcə, məlumatlar da çoxalır və vətəndaşlar da onlayn seçimlərindən daha çox istifadə edir. Yəni istər onlayn kredit sifarişləri, istərsə də kredit ödənişlər bundan sonra da davam edəcək. 

Mən düşünürəm ki, platformaların özləri təhlükəsizlik nöqteyi-nəzərindən tədbirlərini qurmalıdırlar. Həmçinin vətəndaşların üzərində öhdəlik düşür ki, bilmədikləri və təhlükəsizliyinə əmin olmadıqları yerlərdən ödənişləri həyata keçirməsinlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Fevral 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri