Icma.az
close
up
RU
Xəlil Tramp administrasiyasından 20 milyon dollar təzminat tələb edir FOTO

Xəlil Tramp administrasiyasından 20 milyon dollar təzminat tələb edir FOTO

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mart ayında Fələstinə dəstək nümayişlərinə rəhbərlik etdiyi üçün ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşları tərəfindən saxlanılan və iyunun 21-də sərbəst buraxılan Kolumbiya Universitetinin tələbəsi Mahmud Xəlil Tramp administrasiyasına qarşı 20 milyon dollarlıq iddia qaldırıb.

 Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nyu Yorkda yerləşən Konstitusiya Hüquqları Mərkəzi məsələ ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda bildirilir ki, Xəlil siyasi motivli həbsi və saxlanması nəticəsində ona dəyən zərəri ətraflı danışıb və Tramp administrasiyasından 20 milyon dollar təzminat və rəsmi üzr istəməsini istəyib.

Xəlil “Bu, məsuliyyətə doğru ilk addımdır. Məndən oğurlanan 104 günü heç nə geri qaytara bilməz. Zorla qaçırdığım travma, həyat yoldaşımdan ayrılıq, ilk uşağımın dünyaya gəlməsi”,- deyə bildirib. Bəyanatda siyasi qisas və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə cavabdehliyin zəruriliyi vurğulanıb.

Açıqlamada qeyd olunub ki, bu iddia Tramp administrasiyasının Qəzzada İsrailin soyqırımına qarşı etirazçıları sıxışdırması çərçivəsində hədəfə alınan və əksəriyyəti tələbə və vətəndaş olmayan birisi tərəfindən açılan ilk iddiadır.

Qeyd edək ki, ABŞ-dəki etirazlara rəhbərlik edən Kolumbiya Universitetinin aspirantı, fələstinli fəal Mahmud Xəlil martın 3-də həyat yoldaşı ilə evinə daxil olarkən saxlanılıb.

Vəkili Amy Greer bildirib ki, Xəlil ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşları tərəfindən həbs edilib və onun yaşıl kartı həyat yoldaşının amerikalı olmasına baxmayaraq ləğv edilib.

Vəkilləri məhkəməyə müraciət etdikdən sonra Halilin deportasiyasına müvəqqəti qadağa qoyulub və iyunun 20-də Halilin barəsində irəli sürülən ittihamların həbsdə saxlanmasını əsaslandırmaq üçün yetərli olmadığı əsas gətirilərək onun zaminə buraxılmasına qərar verilib.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio sosial media hesabından paylaşdığı mesajda “Amerikadakı Həmas tərəfdarlarının deportasiya oluna bilmələri üçün viza və ya yaşıl kartlarını ləğv edəcəyik” deyə bildirmişdi.

Günel

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 İyul 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri