Xəmsə Travel Qarabağ ın otelində yoxlama Cərimə edildi
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Fövqaladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti "Xəmsə Travel Qarabağ" Məhdud Məhsuliyyətli Cəmiyyəti barəsində (MMC) protokol tərtib edib.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə irəli sürülüb.
MMC tərəfindən əsaslı təmir olunan və Xankəndi şəhəri ərazisində yerləşən otel binasında FHN tərəfindən aparılmış planlı yanğın təhlükəsizliyi müayinəsi zamanı "Yanğın Təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 6-cı bəndinin, X1 (YTQ № 01-2001) 3.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulduğu və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədiliyi müəyyənləşib. İş protokollaşdırılaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə "Xəmsə Travel Qarabağ" MMC 2000 manat cərimə edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Ağalarov Arzu Bakirzadə oğludur.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 27 Fevral 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















