Icma.az
close
up
RU
Xeops piramidası 5 min il ərzində niyə dağılmayıb? Alimlər səbəbi açıqladı

Xeops piramidası 5 min il ərzində niyə dağılmayıb? Alimlər səbəbi açıqladı

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xeops piramidasının Gizada dayanıqlılığı ilə bağlı yeni elmi araşdırma onun uzunömürlülüyünün mühüm səbəblərindən birini üzə çıxarıb. 

Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə "Reuters" yazır.

Alimlər piramidanın struktur dinamikasını, yəni onun təbii və süni mənşəli titrəyişlərə və vibrasiyalara davamlılığını qiymətləndiriblər. Ölçmələr üçün yüksək həssaslığa malik seysmometrlərdən istifadə edilib. Tədqiqat zamanı piramidanın daxilində və ətrafında 37 müxtəlif nöqtədə ölçmələr aparılıb. Nəticələr göstərib ki, piramida təbii fon titrəyişlərinə qarşı son dərəcə vahid və stabil struktur reaksiyası nümayiş etdirir.

Tədqiqatçılar hesab edirlər ki, bu yüksək seysmik dayanıqlığın səbəbləri arasında geniş əsas, aşağı ağırlıq mərkəzi, simmetrik quruluş və daxili kameraların vibrasiyanın güclənməsini zəiflədən xüsusiyyətləri var. Bundan əlavə, piramida möhkəm əhəngdaşı təməl üzərində inşa edilib.

Seysmoloq və tədqiqatın baş müəllifi Asam Salama bildirib ki, qədim Misir inşaatçıları dayanıqlıq, təməl davranışı, kütlənin paylanması və yük ötürülməsi ilə bağlı praktik biliklərə sahib olublar.

Alimin sözlərinə görə, qədim memarların piramidanı xüsusi olaraq zəlzələlərə davamlılıq nəzərə alınaraq layihələndirdiyini demək çətin olsa da, onların mühəndislik və geotexniki həlləri nəticədə uzunmüddətli dayanıqlığı təmin edən strukturlar yaradıb.

Alimlər həmçinin qeyd edirlər ki, bu nəticələrin təsadüfi olmadığını göstərən amillərdən biri də qədim memarlıqda uzun müddət davam edən sınaq və səhv prosesi olub. Bu proses nəticəsində Xeops piramidasından əvvəl bir çox qeyri-kamil piramidalar inşa edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 May 2026 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri