Icma.az
close
up
RU
Xərçəng niyə sürətlə artır? Həkimdən AÇIQLAMA

Xərçəng niyə sürətlə artır? Həkimdən AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2050-ci ilə qədər Avropa regionu ölkələrində yeni onkoloji xəstəlik hallarının sayının 2024-cü illə müqayisədə təxminən 27% artacağı gözlənilir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyindən məlumat verilib.

Bəs bu xəstəliyin artmasına səbəb olan əsas amil nədir və bu xəstəlikdən necə qorunmaq olar?

Bununla bağlı Redaktor.az-a danışan Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, keçmiş SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyevin sözlərinə görə, insan bədənində patologiyaların yaranmasının iki səbəbi var:

"Birincisi, genetik amillərdir – yəni irsi xəstəliklər. İkincisi isə insanın həyat fəaliyyəti nəticəsində sonradan qazandığı problemlərdir. Üçüncü amil isə ətraf mühitdə baş verən ciddi mənfi dəyişikliklərdir. İnsan təbiətin bir parçasıdır və təbiətdə baş verən dəyişikliklər nəticə etibarilə insan sağlamlığına da təsir göstərir.

Dünyada ekologiyanın çirklənməsi və onun insan sağlamlığına təsiri ilə bağlı çoxsaylı konfranslar keçirilir. Azərbaycanda da bu istiqamətdə dünya səviyyəli tədbirlər təşkil olunub. Biz hava, su, torpaq və ümumilikdə təbiət hesabına yaşayırıq. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, bizim də ətraf mühitimiz müəyyən problemlərlə üzləşir. Havanın, suyun və torpağın normadan kənara çıxaraq çirklənməsi insan orqanizminə təsir edir. Nəticədə hüceyrə mübadiləsi pozulur. Halbuki hər bir orqanın normal fəaliyyət göstərməsi üçün hüceyrə səviyyəsində düzgün mübadilə prosesi getməlidir".

Ekspert qeyd etdi ki, atmosferdəki ionların balansının dəyişməsi, radiasiya, müxtəlif şüalanmalar, müharibələr, siyasi qarşıdurmalar və ictimai gərginliklər də insan sağlamlığına təsir göstərən amillərdəndir:

"Bütün bunlar xüsusilə gənclərə də təsir edir. Gün ərzində uzun müddət telefonlardan istifadə, düzgün qidalanmamaq, ayaqüstü qidalar və sağlam həyat tərzindən uzaqlaşma insan orqanizmində dəyişikliklərə səbəb olur. Nəticədə insanlarda gərginlik, əsəbilik və təmkinsiz həyat formalaşır. Bu gün dünyada boşanmaların artması, doğum səviyyəsinin azalması kimi sosial problemlər də mövcud vəziyyətlə əlaqəli məsələlərdəndir.

Bəzən insanlar həkimə müraciət etdikdən sonra deyirlər ki, "getdim, həkim məni sağaltmadı, hətta müəyyən pul verdim, amma nəticə olmadı". Bu kimi suallar yaranır. Burada həkimin məsuliyyət daşıdığı əsas iki məqam var: birincisi, dəqiq diaqnoz qoymaq; ikincisi isə həmin diaqnoza uyğun düzgün müalicə təyin etmək".

Müsahibimiz vurğuladı ki, həkim xəstəliyə uyğun dərmanları düzgün seçməlidir:

"Lakin dərmanların keyfiyyəti, onların istehsalı, saxlanma şəraiti, xəstənin hansı qidaları qəbul etməsi, hansı suyu içməsi və hansı mühitdə yaşaması da mühüm amillərdir. Bunların hamısı birbaşa həkimin məsuliyyətində deyil. Əgər insanın yaşadığı mühit ekoloji baxımdan çirklidirsə, su və qida keyfiyyətsizdirsə, daim stress və gərginlik içərisində yaşayırsa, həkim ona kömək edə bilər, amma bu kömək müəyyən məhdudiyyətlərə malik olur. Bu gün dünyanın qarşısında duran əsas problemlərdən biri də məhz budur. Mən həmişə belə bir fikir söyləyirəm: dünyada təxminən 190 dövlət var, amma əslində hamımızın yaşadığı bir ümumi dövlət var – Yer kürəsi. Gəlin ayrı-ayrı ölkələrdə baş verən müharibələri dayandıraq. Xəstəliklərə səbəb olan zərərli qidaları, radiasiya mənbələrini və insan sağlamlığına təhlükə yaradan digər amilləri azaldaq. İdman yarışları, mədəniyyət yarışları, elmi yarışlar keçirək. Bir-birimizə qarşı üstünlük müharibə və dağıntı ilə deyil, elm, mədəniyyət və inkişafla müəyyən olunsun. Bu gün dünyada çoxsaylı problemlər var və təəssüf ki, bu problemlərin yaranmasında dünyanı idarə edən böyük güclərin də rolu var".

Dosentin fikrincə, insanın mənəvi dəyərlərdən uzaqlaşması, başqasına zərər verməsi, tamahkarlıq və paxıllıq kimi xüsusiyyətlər cəmiyyətə və dünyaya mənfi təsir göstərir.

"Dini və mənəvi dəyərlərin əsas prinsiplərindən biri də insanın insana kömək etməsidir. Təəssüf ki, bu prinsip hər zaman qorunmur. Paxıllıq, tamahkarlıq, insan həyatına və dəyərlərinə hörmətsizlik həm cəmiyyətə, həm ailələrə, həm də bütövlükdə Yer kürəsinə mənfi təsir göstərir. Nəticədə dünya getdikcə daha mürəkkəb və problemli vəziyyətlərlə üzləşir.

Sağlam həyat üçün isə əsas prinsiplərə əməl etmək vacibdir: əvvəlcə tərəvəz və sağlam qidalar qəbul etmək, daha sonra balanslı şəkildə ət məhsullarından istifadə etmək, kifayət qədər su içmək, hərəkətli həyat tərzi keçirmək, fiziki aktiv olmaq, paxıllıq və tamahdan uzaq durmaq, başqasının uğuruna sevinməyi bacarmaq və təmkinli həyat yaşamaq. Həmçinin qeyd etmək istəyirəm ki, pərpətöyün tərəvəzi də faydalı xüsusiyyətlərə malikdir və tərkibində daha çox omeqa yağ turşuları mövcuddur.

Qeyd etmək istəyirəm ki, ulu öndərin səbəbkarı, mənim isə həmmüəllifi olduğum SSRİ-nin ilk antioksidant preparatı olan "Meksidol" haqqında məlumatın rəsmi qurumlar və ya rəsmi şəxslər tərəfindən Prezident İlham Heydər oğlu Əliyevə çatdırılmamasını təəssüflə qeyd edirəm. Mən bunu təmkinlə gözləyirəm. Bəlkə də gələcəkdə, mən həyatda olmadıqdan sonra bu işə qiymət veriləcək və bu barədə danışılacaq", - deyə Aydın Əliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 İyul 2026 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri