Xərçəng riskini 69 faiz azaldır 70 İLLİK SİRR ÜZƏ ÇIXDI
Icma.az bildirir, Bizim media portalına istinadən.
Böyük Britaniyada təxminən 65 min nəfərin sağlamlıq göstəriciləri əsasında aparılan araşdırma diqqətçəkən nəticəni üzə çıxarıb.
Bizim.Media GZT-yə istinadən xəbər verir ki, tədqiqat ana bətnindən iki yaşınadək olan dövrdə az şəkər qəbul etməyin yetkinlik dövründə də təsirini saxladığını göstərib.
Araşdırmada erkən yaşlarda şəkərdən imtina etməyin bəzi xərçəng növlərinin riskini azaltmaqla yanaşı, hüceyrə səviyyəsində qocalmanı da yavaşlatdığı qeyd olunub.
Alimlər tədqiqatda İkinci Dünya Müharibəsindən sonra Böyük Britaniyada tətbiq olunan şəkər məhdudiyyətindən faydalanıblar.
Sözügedən dövrdə şəkər istehlakının məhdudlaşdırılması və bu tətbiqin 1953-cü ildə ləğv edilməsindən sonra istifadənin qısa müddətdə iki dəfəyə yaxın artması tədqiqatçılara təbii müqayisə imkanı yaradıb. Bu çərçivədə 1951-1956-cı illər arasında doğulan təxminən 65 min nəfərin "UK Biobank"dakı sağlamlıq göstəriciləri təhlil olunub. Tədqiqatçılar həyatlarının ilk iki ilində şəkər məhdudiyyətinə məruz qalanlarla daha çox şəkər qəbul edənləri müqayisə ediblər.
Tədqiqatdan əldə edilən nəticələr erkən yaşlarda daha az şəkər qəbul edən şəxslərdə yetkinlik dövründə bəzi xərçəng növlərinin görünmə tezliyinin daha aşağı olduğunu göstərib.
Göstəricilərə əsasən, həyatın ilk iki ilində şəkər qəbulunun məhdudlaşdırılması qaraciyər xərçəngi riskində 69 faiz, döş xərçəngi riskində isə 36 faiz azalma ilə əlaqələndirilib. Prostat, düz bağırsaq və ağciyər xərçəngində də riskin daha aşağı olduğu təsbit edilib.
Tədqiqatın diqqət çəkən digər bir nəticəsi isə bioloji qocalma ilə bağlı olub. Körpəlik dövründə daha az miqdarda şəkər qəbul edən şəxslərin telomerlərinin daha uzun olduğu müəyyən edilib.
Tədqiqatçılar erkən uşaqlıq dövründəki qidalanma rejiminin yalnız həmin dövrlə məhdudlaşmadığına da diqqət çəkiblər.
İlk illərində daha az şəkər qəbul edən şəxslərin 50 yaşında belə daha az şəkər istifadə etmə və daha balanslı qidalanma meyllərini qoruyub saxladıqları müşahid olunub. (Musavat.com)
Bizim.Media
Baxış sayı:92
Bu xəbər 04 Sentyabr 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















