Icma.az
close
up
RU
Xərçəng xəstələrinin müalicəsi ilə bağlı təklif İcbari Tibbi Sığorta vasitəsilə...

Xərçəng xəstələrinin müalicəsi ilə bağlı təklif İcbari Tibbi Sığorta vasitəsilə...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar Azərbaycanda xərçəng xəstəliyinə yoluxanların sayının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Xəstəliyin müalicəsinin həm uzunmüddətli, həm də çox xərc tələb etməsi vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə kimyaterapiyanın dövlət hesabına qarşılanmaması, xəstələrin bütün maddi imkanlarını bu prosesə sərf etmək məcburiyyətində qalmasına səbəb olur. Mövcud tibbi sığorta sisteminin genişləndirilməsi ilə bağlı müzakirələr aparılsa da, bu müalicələrin hələ də icbari sığortaya daxil edilməməsi suallar yaradır.

Kimyaterapiya və digər onkoloji müalicələrin İcbari Tibbi Sığorta paketinə daxil edilməməsinin əsas səbəbi nədir və yaxın gələcəkdə bu istiqamətdə dəyişiklik gözlənilirmi?

Globalinfo.az-a danışan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, xəstəliyin müalicə prosesinin həm uzunmüddətli olması, həm də yüksək maliyyə tələb etməsi xəstələr və onların ailələri üçün ağır sosial və iqtisadi yük formalaşdırır.

O qeyd edib ki, İcbari Tibbi Sığortanın genişləndirilməsi ilə bağlı müzakirələr aparılsa da, bu müalicələrin birdən-birə sığorta paketinə daxil edilməməsinin arxasında müəyyən obyektiv səbəblər dayanır:

“Bu sahənin yüksək maliyyə yükü bütün ölkələr üçün ciddi problem olaraq qalır. Onkoloji dərmanlar hazırda dünyada ən bahalı müalicə kateqoriyasıdır və bu müalicələrin birdən-birə İcbari Tibbi Sığorta paketinə salınması böyük maliyyə xərclərinə səbəb ola bilər. Xüsusilə yeni nəsil hədəfli və immunoloji müalicələrin illik dəyəri yüz minlərlə manat təşkil etdiyi üçün bu addım mövcud sığorta sisteminin maliyyə sabitliyini risk altına sala bilər. Digər tərəfdən, ölkə üzrə onkoloji xidmətlərin infrastruktur baxımından bərabər səviyyədə inkişaf etməməsi, regional mərkəzlər arasında kadr çatışmazlığı və dərman təminatının qeyri-bərabər paylanması bu sahədə birdən-birə genişlənməni çətinləşdirir. Əgər bu müalicələr dərhal sığorta paketinə daxil edilsə, tələbatın kəskin artması mövcud sistemdə dağınıqlığa və nəzarətsizliyə gətirib çıxara bilər. Bu səbəblərə görə dünyada yüksək dəyərli onkoloji xidmətlər həmişə mərhələli şəkildə sığorta sisteminə inteqrasiya edilir. Azərbaycan üçün də hazırkı mərhələdə daha doğru yol genişmiqyaslı və nəzarətsiz keçiddən çox mövcud nəzarət mexanizmləri üzərindən mərhələli və idarəolunan inkişafdır. Mənim təklifim də məhz bu məntiqə əsaslanır”.

Millət vəkilinin fikrincə, ilkin mərhələdə Milli Onkologiya Proqramına ayrılan büdcənin iki-üç dəfə artırılması və bu genişlənmənin hazırda infrastruktur və insan kapitalına malik olan əsas onkoloji mərkəzlər üzərindən həyata keçirilməsi daha səmərəli ola bilər:

Rəşad Mahmudov

“Milli Onkologiya Mərkəzinin və Azərbaycan Tibb Universitetinin müvafiq mərkəzlərinin bu sahədə həm klinik təcrübəsi, həm müasir infrastruktur imkanları, həm də müalicə ardıcıllığının nəzarətdə saxlanılması baxımından üstünlüyü var. Bu mərkəzlərin koordinasiyalı şəkildə gücləndirilməsi maliyyə vəsaitinin daha effektiv istifadəsinə şərait yaradacaq, eyni zamanda, onkoloji xəstələrin müalicə ardıcıllığını pozmadan daha çox vətəndaşa yardım etməyə imkan verəcək. Bu prosesin maliyyələşməsi dövlət büdcəsi və İcbari Tibbi Sığorta arasında mərhələli bölüşdürülmə yolu ilə həyata keçirilə bilər. Dövlət proqramlarının, tender mexanizmlərinin və paralel maliyyə mənbələrinin dövriyyəyə cəlb olunması nəticəsində həm xərclər optimallaşdırılar, həm də sistem tədricən genişlənər”.

R.Mahmudovun sözlərinə görə, infrastruktur gücləndikcə və kadr potensialı artdıqca onkoloji müalicələrin daha böyük hissəsinin sığorta paketi çərçivəsinə keçirilməsi mümkün olacaq:

“Bu yanaşma həm xəstələrin sosial yükünü azaldacaq, həm də dövlət üçün maliyyə baxımından daha dayanıqlı model formalaşdıracaq. Azərbaycan səhiyyə sistemində aparılan islahatlar və Prezident tərəfindən müəyyən olunmuş hədəflər ölkəmizi daha güclü, daha dayanıqlı və daha effektiv səhiyyə modelinə doğru aparır. Onkoloji xidmətlərin inkişafı da bu strateji xəttin mühüm tərkib hissəsidir. Bu yolun uğurla davam etməsi üçün biz daha rasional, real həyatda tətbiqi mümkün olan və nəzarətdən kənara çıxmayan mexanizmlərdən istifadə etməliyik. Məhz belə yanaşma bizi bu sahədə daha işıqlı gələcəyə aparacaq, vətəndaşlarımızın sağlamlığına göstərilən qayğının daha da gücləndirilməsinə şərait yaradacaq və Azərbaycanın səhiyyə sisteminin inkişafını növbəti mərhələyə keçirməyə imkan verəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri