Xərçəngdən əziyyət çəkən Kral III Çarlzın müalicəsi gələn il də davam edəcək AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
London, 23 dekabr, AZƏRTAC
Xərçəng diaqnozu qoyulan Kral III Çarlzın müalicəsi gələn il də davam edəcək.
AZƏRTAC Britaniya mediasına istinadla xəbər verir ki, Kralın müalicəsində irəliləyiş var.
Kral III Çarlzın xərçəng diaqnozu fevral ayında Bukinqem sarayı tərəfindən elan edilmişdi. Bununla belə onun hansı növ xərçəngdən əziyyət çəkdiyi və dəqiq hansı müalicə prosedurlarından keçdiyi açıqlanmayıb. Kralın Londonda mütəmadi olaraq xüsusi tibbi görüşlərdə iştirak etdiyi bildirilir.
Mənbə Kralın vəziyyəti ilə bağlı nikbinlik olduğunu qeyd edib. Bu, xüsusilə Kralın bayram dövrü də daxil olmaqla ictimai tədbirlərdə iştirak etmək istəyində öz əksini tapır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:123
Bu xəbər 23 Dekabr 2024 03:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















