Xərçəngə qarşı yeni yanaşma: Hər kəs 6 aydan bir bunu etməlidir
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Xərçəng xəstəliklərinin erkən mərhələdə aşkarlanması müalicənin effektivliyi və sağalma ehtimalının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin xəstəliyin ilkin mərhələlərdə çox vaxt aşkar simptomlarla özünü göstərməməsi insanların vaxtında həkimə müraciət etməsini çətinləşdirir. Bir çox hallarda vətəndaşlar yalnız ağrı, qanaxma, öskürək və digər əlamətlər yarandıqdan sonra müayinəyə gedirlər.
Halbuki bu əlamətlər xəstəliyin artıq irəliləmiş mərhələsində ortaya çıxa bilər.
Bəs xərçəng xəstəliklərinin erkən aşkarlanması və risklərin azaldılması üçün əhalinin hər altı aydan bir tibbi müayinədən keçməsi məcburi ola bilərmi?Belə bir yanaşma xərçəngdən ölüm hallarının azalmasına və müalicə imkanlarının genişlənməsinə nə dərəcədə təsir göstərər?
Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, əhalinin mütəmadi müayinələrdən keçməsi təşəbbüsü müsbət qiymətləndirilə bilər:
“Onkoloji xəstəliklərlə mübarizədə əsas istiqamətlərdən biri profilaktika və xəstəliyin vaxtında aşkarlanmasıdır. Bəzi insanlar digər ölkələrdə xərçəng xəstəliklərinin daha az yayıldığını düşünürlər. Bunun səbəblərindən biri də həmin ölkələrdə profilaktik müayinələrə və erkən diaqnostikaya diqqətin artırılmasıdır”.
Həkim qeyd edib ki, xərçəng xəstəlikləri uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edir. Pasiyentlər arasında ağrı və ya digər şikayətlər olmadığı ümün müayinəyə ehtiyac duymayanlar da az deyil. Lakin bu yanaşma xəstəliyin gec aşkarlanmasına gətirib çıxara bilər:
“Xəstəlik elədir ki, heç bir əlamətlə, simptomla özünü göstərməməsi mümkündür. Daha doğrusu, əlamətlər çox gec mərhələdə ortaya çıxır. Qanaxma, öskürək və ağrı kimi şikayətlər bəzi hallarda xəstəliyin üçüncü və ya dördüncü mərhələsində müşahidə olunur. İnsanlar ağrıları yoxdursa, heç bir şikayətləri olmadıqda müayinəyə ehtiyac duymurlar. Halbuki vaxtında müayinədən keçmək çox vacibdir”, – deyə onkoloq vurğulayıb.
Fərid Museyibovun fikrincə, xərçəng xəstəliyi nə qədər erkən aşkarlanarsa, müalicənin uğurlu nəticələnməsi şansı da bir o qədər yüksələr:
"Erkən diaqnostika həm müalicə prosesini asanlaşdıra, həm də xəstənin maddi yükünü azalda bilər. Gec mərhələdə aşkarlanan xəstəliklərdə isə müalicə daha mürəkkəb olur və tam sağalma imkanları məhdudlaşır".
Onkoloq əhalinin hər altı aydan bir məcburi müayinədən keçirilməsi təşəbbüsünün məqsədəuyğun ola biləcəyini də açıqlayıb. Bununla belə, müayinələrin tezliyi xərçəngin növünə, insanın yaşına və fərdi risk faktorlarına uyğun müəyyənləşdirilməlidir. Çünki bütün əhali üçün eyni müayinə intervalının tətbiqi tibbi baxımdan hər zaman zəruri olmaya bilər.
Günəş Fərəh
Azpolitika.info
Baxış sayı:47
Bu xəbər 26 Oktyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















