Xərçəngin aqressiv növünə səbəb olan gözlənilməz amil açıqlandı
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Artıq çəki nəinki süd vəzi xərçəngi riskini artırır, həm də xəstəliyin daha təhlükəli və aqressiv formaya keçməsinə şərait yaradır. Oklahoma Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər.
Tədqiqatlar göstərir ki, piylənmədən əziyyət çəkən qadınlarda şişin ətrafında güclü iltihablı mühit formalaşır. Belə vəziyyətdə immun hüceyrələri xərçənglə mübarizə aparmaq əvəzinə, onun böyüməsinə kömək edir. Eyni zamanda, şiş hüceyrələri maddələr mübadiləsini dəyişərək daha çox enerji əldə edir və sürətlə inkişaf etmək üçün əlverişli zəmin yaradır.
Alimlər müəyyən ediblər ki, artıq çəkili pasiyentlərdə xərçəng hüceyrələri ilə yanaşı, ətrafdakı toxumalar da bu prosesə cəlb olunur. Bu qarşılıqlı əlaqə bədxassəli olmayan şişin qısa müddətdə invaziv, yəni ətraf toxumalara yayılan formaya çevrilməsinə səbəb olur. Həmçinin piylənmə zamanı bədəndə "SULF2" adlı fermentin səviyyəsi yüksəlir ki, bu da xəstəliyin irəliləməsində mühüm rol oynayır.
Qeyd edək ki, iltihab prosesini azaltmaq üçün bəzi qida məhsullarının faydalı olduğu bildirilir. Məsələn, pomidor və soya şirəsinin artıq çəkidən əziyyət çəkən insanlarda iltihabı qismən azaltdığı müşahidə olunub.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Xərçəngin aqressiv formaları olan xəstələrdə... uzunömürlülük?
19 Noyabr 2024 23:46
Xərçəngin müalicəsini çətinləşdirən gözlənilməz amil müəyyən edilib
30 May 2025 08:30
Ən aqressiv xərçəngin çarəsi TAPILIR
21 Dekabr 2025 13:32
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
27 Dekabr 2024 16:43
Xərçəngin müalicəsində gözlənilməz yeniliklər
25 Fevral 2025 23:12
Baxış sayı:206
Bu xəbər 29 May 2026 23:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları