Icma.az
close
up
RU
Xərçəngin yeni dərmanı TƏQDİM EDİLDİ

Xərçəngin yeni dərmanı TƏQDİM EDİLDİ

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Alimlər xərçəng əleyhinə yeni dərman olan amivantamabın beynəlxalq klinik sınaqlarından ümidverici nəticələr əldə etdiklərini bildiriblər.

Bu sınaq bəzi hallarda baş və boyun xərçənginin ağır formaları olan xəstələrdə şişlərin tamamilə yox olmasına səbəb olub.

“Cebheinfo.az”-ın “The Guardian” qəzetinə istinadən məlumatına görə, tədqiqatın nəticələri Çikaqoda keçirilən, dünyanın ən böyük xərçəng forumu olan Amerika Klinik Onkologiya Cəmiyyətinin illik konfransında təqdim edilib.

Sınaqda 11 ölkədən 102 xəstə iştirak edib. Hamısında müalicədən sonra yayılan və ya geri qayıdan baş və boyun xərçəngi var idi. Bundan əlavə, xəstəlik kemoterapiya və immunoterapiya da daxil olmaqla, standart terapiyalara cavab verməyi dayandırmışdı.

Tədqiqatçıların sözlərinə görə, dərmanla müalicədən sonra 43 xəstədə şişlər kiçilib və ya tamamilə yox olub. İyirmi səkkiz xəstədə şişin ölçüsündə əhəmiyyətli dərəcədə azalma müşahidə olunub və 15 xəstədə həkimlər heç bir şiş əlaməti tapmayıblar.

Professor Kevin Harrington nəticələri “görünməmiş” adlandırıb:

“Bu, həm kemoterapiyaya, həm də immunoterapiyaya davamlı hala gələn xəstələrdə qeyri-adi dərəcədə güclü bir reaksiyadır. Bu qrup xəstə üçün müalicə variantları son dərəcə məhduddur, buna görə də bu nəticə xüsusilə təsirlidir”.

“Johnson & Johnson” tərəfindən hazırlanmış “Amivantamab” üç şəkildə təsir göstərir. O, şişin böyüməsini təşviq edən EGFR zülalını bloklayır, xərçəng hüceyrələrinin terapiyadan yayınmaq üçün istifadə etdiyi MET siqnal yolunu basdırır və şişlə mübarizə aparmaq üçün immun sistemini aktivləşdirir.

Tədqiqat iştirakçılarından biri Birmingemdən olan 56 yaşlı Karl Uolşdur. Standart müalicə uğursuz olduqdan sonra  OrigAMI-4 tədqiqatına cəlb edilib. Xəstənin sözlərinə görə, cəmi bir neçə terapiya dövründən sonra vəziyyəti xeyli yaxşılaşıb.

Müalicədən əvvəl o, şiddətli ağrı, danışmaq və yemək yeməkdə çətinlik çəkib və arıqlayıb. Lakin bir neçə aydan sonra şişkinlik və ağrı azalmış və normal danışmaq və yemək qabiliyyəti tam bərpa olunub.

Yeni dərmanın əsas xüsusiyyəti onun tətbiq yoludur. Uzunmüddətli venadaxili infuziya tələb edən bir çox müasir onkoloji dərmanlardan fərqli olaraq, amivantamab üç həftədə bir dəfə kiçik dərialtı inyeksiya yolu ilə verilir. Bu, müalicəni həm xəstələr, həm də səhiyyə işçiləri üçün xeyli asanlaşdırır.

Tədqiqatçılar, həmçinin vurğulayırlar ki, tədqiqat xüsusilə çətin xəstə populyasiyasına - insan papillomavirusu ilə əlaqəli olmayan baş və boyun şişləri olan xəstələrə yönəlib. Xəstəliyin bu formalarının adətən müalicəsi daha çətindir və proqnozu daha az əlverişlidir.

Xəstəliyin ağırlığına və əvvəlki müalicələrə reaksiya olmamasına baxmayaraq, müalicədən sonra iştirakçıların orta sağ qalma müddəti 12,5 ay olub ki, bu da mütəxəssislərin bu xəstə qrupu üçün ümidverici rəqəm hesab edir.

Xərçəng Tədqiqatları İnstitutunun rəhbəri professor Kristian Helin qeyd edib ki, nəticələr müasir onkologiya tədqiqat metodlarının potensialını nümayiş etdirir:

“Praktik olaraq heç bir terapevtik seçimi olmayan xəstələr üçün irəliyə doğru mühüm bir addım ola bilər”.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 May 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see365

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see272

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see272

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see271

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see259

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see259

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see254

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see245

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see243

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see227

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see221

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see217

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see216

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see213

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see210

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see204

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see201

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see199

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see185

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri