Icma.az
close
up
RU
Xərçənglə bağlı Amerikanın məşhur alimindən VACİB XƏBƏRDARLIQ

Xərçənglə bağlı Amerikanın məşhur alimindən VACİB XƏBƏRDARLIQ

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Funksional tibb Mərkəzinin rəhbəri, ABŞ-ın tanınmış tibb doktoru, Klivlend klinikasında çalışan dünya şöhrətli onkoloq Mark Hayman xərçəng xəstəliyi ilə bağlı vacib tövsiyələr verib.

Publika.az həkimin xərçənglə bağlı yazısının təqdim edir.

"Mark, sənə xərçəng diaqnozu qoyulsaydı nə edərdin?”, - deyə dostum bir dəfə mənə belə bir sual verdi.

Təəssüf ki, xərçənglə mən həyatda çox tez-tez rastlaşıram. Bu, həm ailə üzvlərimdə, həm də xəstələrdə rast gəlinib. Problem ondadır ki, iş onkologiyaya gəlincə ənənəvi tibb səhv və köhnə kateqoriyalarda düşünür.

Biz şişləri kimyəvi üsulla yandırır, cərrahi yolla kəsir, radiasiya ilə işığa verir və narkotiklərlə topa tuturuq, amma xərçəngin tam müalicəsi hələ də mümkün deyil. Xoşbəxtlikdən, alternativimiz var. Bu, "xərçəngə funksional tibbi yanaşmadır”.

Funksional tibb mütəxəssislərə və xəstələrə imkan verir ki, şişlər üzərində birgə iş aparsın, xəstəliyin səbəblərini araşdırsın və onları kökündən aradan qaldırsın. Bu, yeni xəstəliklərin diaqnozu və müalicəsinin yeni bir fərdi modelidir.

Mahiyyəti sadədir: Siz genetik analiz üçün nümunələr verirsiniz, həkimlər sizin hansı xroniki xəstəliklərə doğru meyil etdiyinizi və onlardan qaçmaq üçün nə etmək lazım olduğunu söyləyir.

Bu sahədə mütəxəssislərin əksəriyyətinin fikirləri uzlaşır. Onlar xərçəngin orqanizmin enerji sistemindəki disbalans səbəbindən yaranması barədə həmfikirdir. Xəstəlik "tədricən" yaranır, ona görə adamların çoxu şişlərlə yaşayır, hətta bu barədə şübhələnmirlər də.

Başqa sözlə desək, xərçəng - səhv həyat tərzinin nəticəsidir!

Nə etməli? Əlbəttə ki, onu dəyişməli. Bu, bir tərəfdən onkologiyanın gözəl profilaktikası ola bilərdi. Digər tərəfdən, bəzi xəstələr yeni həyat tərzinin onları dəyişdirəcəyini və şişlərdən xilas olacağını gözləyə bilər. Axı məlumdur ki, orqanizmin immun sistemi müəyyən şəraitdə xərçəng hüceyrələrini aşkarlaya və onları məhv edə bilər!

Şəkərdən imtina edərdim!

Şəkər xərçəng hüceyrələrini qidalandırır və onların inkişafına xidmət edir. Orta amerikalı il ərzində 69 kiloqram qənd və 66 kq qənnadı məhsulları yeyir! Eyni hal dünyada da baş verir,1,7 milyard insan piylənmədən əziyyət çəkir!

Əgər siz xərçəngin inkişafının qarşısını almaq və ya heç olmasa onu nəzarətdə saxlamaq istəyirsinizsə, insulinin səviyyəsini normada saxlayan pəhrizlərə riayət etməlisiniz. Bunun üçün sellülozla zəngin məhsullar, işlənmiş və şirniyyat məhsullarını minimuma endirmək lazımdır. Beləcə siz özünüzü qidalandırırsınız, amma xərçəng hüceyrələrini "qidadan" məhrum etmiş olacaqsınız.

Qida rasionundan səhhətimə pis təsir edən bütün məhsulları çıxardardım!Nədir bu məhsullar? Hamıda fərqlidir. Amerika Tibb Assosiasiyasının jurnalında dərc edilmiş tədqiqatda göstərilib ki, amerikalıların 35% -i qlütenə qarşı yüksək həssaslıqdan əziyyət çəkir. Əgər belə insanlar hər gün çörək yesə, onda onlar gec-tez ürək xəstəliklərdən və ya xərçəngdən öləcəklər.

Süd məhsulları da ərzaq allergiyası üçün məşhur triqqerdir. Üstəlik onlar insulin müqaviməti ilə bağlıdır. Əgər belə insanlar daim süd içirlərsə, bu, stress, işdə yorğunluğa və ya özünü pis hiss etməsinə gətirib çıxar, nəticədə bağırsaqların iltihablanması çox ciddi problemlərə səbəb olacaq.

Özünüzə qulaq asın. Əgər xoşunuza gələn hər hansı yeməkdən sonra özünüzü pis hiss etməyə başlayırsınızsa, ondan imtina edin!

Orqanizmdə gedən iltihablı proseslərin qeydinə qalardım

İltihab - xərçəng də daxil olmaqla, bütün ciddi xroniki xəstəliklərə doğru gedən yoldur. Onlar adətən sizdə insulinə qarşı müqavimət, autoimmun xəstəlikləri və ya allergiya inkişaf etdiyi vaxt başlanır.

Əgər özünüzü yorğun və əzgin hiss edirsinizsə, Omeqa-3-lə zəngin qidalara üstünlük verin. Onların ən yaxşı mənbələri: Qırmızı balıq və kətan toxumudur. Onlar iltihabi proseslərinin öhdəsindən gəlmək üçün orqanizmə kömək edəcək.

Bağırsaq sağlamlığını qoruyardım!

Burada söhbət sadəcə yoğun bağırsağın xərçənginin inkişafı riski haqqında getmir. Hazırda bir çox alimlər yoğun bağırsaq mikrobiomasının xərçəngə səbəb ola biləcəyi fərziyyəsini fəal şəkildə test edirlər. Başqa sözlə, səbəb bağırsaqlarda yaşayan bakteriyalarda gizlənə bilər.

Nə etməli? Probiotik və prebiotik məhsullardan mümkün qədər çox istifadə etmək lazımdır. Bu, qatıq, yoqurt ola bilər. Bu baxımdan sizin üçün sarıkök, meşə giləmeyvələri, şərab və üzüm də çox faydalıdır. Bu, qarın iltihabi proseslərini ləngitməyə kömək edir.

Toksinlərdən qaçardım!

Körpə dünyaya göbək ciyəsində 287 kimyəvi maddə ilə doğulur. Onlardan bəziləri neyrotoksikdir. Bu, o deməkdir ki, heç birimiz zəhərlərin pis təsirlərindən tam qaça bilmrik.

Amma onu azaltmaq olar! İlk növbədə pestisidlər, ftalatlar, bisfenol A, ağır metallardan (civə və qurğuşun) uzaq durmaq lazımdır.

Bəs necə? Plastik qablarda içkilər almayın. Mürəkkəb yarımfabrikatlar yeməyin. Böyük şəhərlərin mərkəzlərində gəzməyin: Tıxaclarda duran avtomobillərdən atmosferə daxil olan qurğuşun konsentrasiyası normaldan daha yüksək olduqda çox təhlükəlidir.

Və unutmayın: Xərçəng hökm deyil. Əgər kifayət qədər səy göstərsəniz, xəstəliyə qalib gəlmək mümkün olar. Sizin vəzifəniz sadəcə həkimlərə etibar etməkdən ibarət deyil, başlıcası özünüzə güvənməyi öyrənin. Yaşamaq şanslarını artırmaq üçün əlinizdən gələni edin!

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri