Icma.az
close
up
RU
Xərçənglə mübarizədə ucuz və güclü vasitə! Hər evdə var

Xərçənglə mübarizədə ucuz və güclü vasitə! Hər evdə var

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

İsveç və İngiltərədə aparılan araşdırmalar göstərib ki, xüsusilə genetik risk daşıyan şəxslərdə aspirin istifadəsi xərçəngin təkrarlanma riskini təxminən 55% azalda bilər.

Moderator.az xəbər verir ki, Karolinska İnstitutu və Karolinska Universitet Xəstəxanası alimlərinin rəhbərliyi ilə həyata keçirilən araşdırmada İsveç, Norveç, Danimarka və Finlandiyanın 33 xəstəxanasından 3500-dən çox kolorektal xərçəng xəstəsi 3 il ərzində izlənilib.

Nəticələr göstərib ki, aspirin qəbul edən qrupda xərçəngin təkrar yaranma riski plasebo qrupuna nisbətən 55% daha az olub.

Bu nəticələrdən sonra İsveç 2026-cı ilin yanvar ayından etibarən bağırsaq xərçəngi xəstələrini genetik mutasiyalar baxımından yoxlamağa və uyğun olanlara aşağı dozada aspirin tövsiyə etməyə başlayıb.

Nyukasl Universitetinin professoru Con Bernin rəhbərliyi ilə aparılan başqa bir araşdırmada irsi xəstəlik olan Linç sindromu daşıyan 861 xəstə 10 il ərzində izlənilib. Ən azı 2 il müddətində 600 mq aspirin qəbul edən şəxslərdə bağırsaq xərçəngi riskinin təxminən yarıya qədər azaldığı müşahidə olunub. Daha sonrakı mərhələdə isə iştirakçılara 75–100 mq kimi daha aşağı dozalar verilib və bu dozaların da eyni dərəcədə qoruyucu təsir göstərdiyi müəyyən edilib.

Bu nəticələr İngiltərədə tibbi tövsiyələrə də təsir edib. Artıq Linç sindromu daşıyıcılarına 20 yaşdan etibarən müntəzəm aspirin istifadəsi tövsiyə olunur.

Lakin bununla yanaşı, aspirinin mümkün yan təsirləri də nəzərə alınmalıdır. Ən ciddi risklərə mədə və beyin qanaması daxildir. Xüsusilə yaşlı insanlarda və qandurulaşdırıcı dərman qəbul edənlərdə bu risk daha yüksək olur.

Mütəxəssislər bildirir ki, aspirinin qoruyucu təsirinin yaranması üçün ən azı 2–5 il müntəzəm istifadə tələb olunur. Qısa müddətli istifadə effektiv sayılmır. Bu səbəbdən aspirin əsasən orta yaşlı və yüksək riskli şəxslər üçün nəzərdən keçirilir, aşağı riskli insanlar üçün isə faydadan çox risk yarada bilər. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 May 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri