Xersona hava hücumu: yaralıların sayı 33 ə çatdı
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Rusiyanın Xersona hava hücumu nəticəsində bir nəfər ölüb, yaralananların sayı isə 33-ə çatıb.
Turkustan.az xəbər verir ki, Ukrinform bu barədə Xerson Hərbi Administrasiyasının rəhbəri Yaroslav Şankoya istinadən məlumat yayıb.
Şankonun Telegram kanalında bildirdiyinə görə, xilasedicilər dağıntılar altından səkkiz nəfəri çıxarıb. Hadisə yerində Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları, bələdiyyə xidmətlərinin nümayəndələri, Qırmızı Xaç Cəmiyyətinin sosial işçiləri və könüllülər fəaliyyət göstərirlər.
Onlar zərər çəkmiş sakinlərə yardım edir, o cümlədən maddi ödənişlərin alınması ilə bağlı məsləhətlər verir və isti yeməklə təminatı təşkil edirlər.
Şanko əlavə edib ki, mənzilləri yaşamaq üçün yararsız hala düşən şəxslər müvəqqəti sığınacaqlarda yerləşdirilir. Ehtiyac yarandıqda, onların Ukraynanın digər bölgələrinə təxliyəsi də təşkil olunur.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 17 Oktyabr 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















