Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Benzema “Arsenal”a məsləhət bilinib

Xəstə anası üçün faizə pul götürdü, sələmçini öldürdü Hərbçinin DƏHŞƏTLİ CİNAYƏTİ

Xəstə anası üçün faizə pul götürdü, sələmçini öldürdü Hərbçinin DƏHŞƏTLİ CİNAYƏTİ

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

2023-cü il dekabrın 30-u Bakıda qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Zamiq Cabarov aldığı bıçaq yaralarından ölüb. Hadisə ilə əlaqədar polis və prokurorluq əməkdaşları əraziyə yollanıblar. Məlum olub ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində baş verib.

Daxili İşlər Nazirliyi məlumat yayıb ki, cinayəti törədən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür. Dekabrın 31-i səhər saat 9-da 2002-ci il təvəllüdlü Elvin Əsədov Ağcabədi Rayon Polis Şöbəsinə gələrək, Bakıda adam öldürməsi haqda məlumat verib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxu.Az Lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, Elvin Əsədov anasının onkoloji xəstəliyi ilə əlaqədar yaranmış borclarını ödəmək üçün 2023-cü ilin sentyabr-oktyabr ayları ərzində aylıq 20 faiz əlavə pul vermək şərti ilə Zamiq Cabarovdan ümumilikdə 2500 manat pul alıb. Amma ailə vəziyyəti ilə bağlı borcu ödəmək imkanı olmadığından həmin şəxsdən vaxt istəyib. Dekabrın 30-da telefonla danışarkən Zamiq Cabarov Elvinin anası haqqında nalayiq ifadələr işlədib. Elvin Əsədov qisas niyyəti ilə onu öldürmək qərarına gəlib. Kirayədə yaşadığı Biləcəri qəsəbəsi, Natavan küçəsi, 5 ünvanında saxladığı ov bıçağını gödəkçəsinin cibinə qoyub. Zamiqə zəng edib Cavadxan küçəsi, 6 ünvanının qarşısında pul borcu ilə əlaqədar görüşməyi təklif edib. Razılaşdıqları yerə Zamiq Cabarov tanışı Qaçay Paşayevin idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə gəlib. Qısa söhbətdən sonra Elvin Əsədov qabaq sərnişin oturacağında əyləşən Zamiq Cabarovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla 4 dəfə zərbə vurub. Nəticədə zərərçəkən ölüb.

İstintaq eksperimenti zamanı Elvin Əsədov bildirib ki, görüş vaxtı Zamiq Cabarova telefonda niyə anasını söydüyünü və ona olan pul borcunu yaxın vaxtlarda qaytaracağını deyib. Bundan sonra gödəkçəsinin sağ cibindən bıçağı çıxararaq, tanışının boğaz və sinə nahiyəsinə zərbələr endirib.

Məhkəmə iclasında Elvin Əsədov ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, 2023-cü il sentyabrın 18-dən oktyabrın 2-nə kimi Qarabağda keçirilmiş antiterror əməliyyatlarında iştirak edib:

"1885 manat əməkhaqqı alırdım. Anam 2023-cü ilin sentyabr ayında xərçəng xəstəliyindən vəfat edib. Atam birinci Qarabağ Müharibəsinin iştirakçısıdır, dövlətdən 80 manat təqaüd alır. Evin böyük oğluyam. Kiçik qardaşım Kooperasiya Universitetinin tələbəsidir. Biləcəri qəsəbəsində yaşayan Zamiq Cabarovu və onun anasını hadisədən 4 ay əvvəl sələmçi kimi tanıyırdım. Zamiqlə keçmiş iş yoldaşımın vasitəsilə tanış oldum. 2023-cü ilin avqust ayında anamın xəstəliyinə görə təcili pul lazım olduğundan Zamiqə zəng etdim. Zamiq barəmdə məlumat toplamaq istəyirdi. Şəxsiyyət vəsiqəmin surətini və xidməti vəsiqəmin şəklini çəkib "WhatsApp" tətbiqi ilə ona göndərdim. Sentyabrın əvvəllərində Zamiq mənə aylıq 20 faiz olmaqla 2500 manat pul verdi. Ona aylıq 400 manat faiz ödəməli oldum. Ödənişi gecikdirəcəyim halda həmin məbləğin üzərinə əlavə faiz gələcəyi barədə razılaşdıq. Həmin ay anam dünyasını dəyişdi. Məzuniyyət və mükafat pulumu alıb yanvar ayında borcumu verməyi planlaşdırırdım. Qardaşımın 2200 manat təhsil haqqını ödədiyimdən, Zamiqə olan borcumu qaytara bilmədim. Cabarov tez-tez zəng edib pulunu tələb edirdi. Atam bankdan pul götürüb, mənə kömək etməyə çalışsa da, müəyyən səbəblərə görə bu da alınmadı. Oktyabr və noyabr aylarında Zamiqdən möhlət istədim".

Dekabrın 30-da Zamiq borcunu tam ödəmək üçün ayın 31-i saat 13:00-dək vaxt verdiyini, qaytarmayacağım təqdirdə iş yerimə zəng vurub, şikayət edəcəyini bildirdi. Zamiqə vəziyyəti izah edib borca görə sıxıldığımı, pulu anamın xəstəliyinə xərclədiyimi və yanvarda borcumu qaytaracağımı söylədim. Bu zaman Zamiq məni və anamı ağır söyüşlərlə təhqir etdi. Anamı söydüyündən bərk qəzəbləndim. Buna görə Zamiqə zəng edib, yalandan məbləğin hazır olduğunu və olduğu yeri söyləməsini dedim. Cabarov görüşmək istəmədiyini və pulu karta göndərməyimi bildirsə də, razılaşmadım. Buna görə Zamiq "Memar Əcəmi" dairəsinə gəlməyimi dedi. Evdən çıxanda bıçağı cibimə qoydum. Ora taksi ilə getdim. Zamiqin yanında tanımadığım şəxs vardı. "Niyə söyüş söydüyünü" soruşanda, Zamiq kobud cavab qaytardı: "Söymüşəm, lazım gəlsə bir də söyərəm, söhbət etmək istəyirsənsə, bura söhbət yeri deyil, otur maşına, gedək, mən sənə göstərərəm, nə edərlər, sənin kimiləri çox görmüşəm". Mən də qayıdıb "mən sən gördüyün adamlardan deyiləm" söylədim. Söyüş söyən Zamiqin ağız nahiyəsinə, ardınca da boğazına bıçaqla zərbələr vurdum. Neçə zərbə vurduğumu xatırlamıram. Hadisə yerindən uzaqlaşandan sonra mənə zəng edən polis polkovniki harada olduğumu soruşdu. Ona qaçmaq niyyətim olmadığını, anamın qəbrini ziyarət etdikdən sonra gəlib təslim olacağımı dedim. Dediyim kimi də etdim. Ağcabədi rayonuna getdim. Orada polis şöbəsinə təslim oldum".

Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Suğra Cabarova ifadəsində göstərib ki, oğlu alverlə, özü isə şirniyyat işi ilə məşğul olub:

"Zamiq 3 il əvvəl ailə həyatı qurub, 5-ci mikrorayonda yaşayırdı. Oğlumun faizə pul verdiyini prokurorluqda öyrənmişəm. Dekabrın 30-da oğlum Zamiq mənim evimdə olanda telefonuna zəng gəldi. Danışa-danışa otağıma keçdi və qapını örtdü. Otaqdan çıxandan sonra Zamiqdən nə baş verdiyini soruşdum. Oğlum da mənə "fikir vermə, boş söhbətdir" dedi. Kiminlə danışdığını soruşanda, zəng edənin Qaçay Paşayev olduğunu söylədi. Saat 22-də Zamiqə zəng edəndə, başqa şəxs oğlumun 3-cü mikrorayon dairəsində düşdüyünü dedi. Sonradan həmin şəxsin polis olduğunu bildim. Gəlinimə zəng edib öyrəndim ki, Zamiq 2 saat əvvəl Qaçayın maşını ilə harasa gedib. Qaçaya zəng vurub nə baş verdiyini soruşanda o, Elvinin oğlumu öldürdüyünü dedi. Digər oğlum Zaurla Kliniki Tibbi Mərkəzə çatanda, huşumu itirdim".

Şahid Siyavuş Əsədov bildirib ki, arvadı 2009-cu ildən xərçəng xəstəsi olub:

"Avqust ayında vəziyyəti daha da ağırlaşdı. Müalicə xərclərinin hamısını oğlum həyata keçirdi. Həmin ərəfədə mən işsiz idim. Hadisənin baş verdiyini dekabrın 31-də günorta bildim. Mərhumun anasının yanına getmək istəsəm də, müstəntiq qadının bizi görmək istəmədiklərini dedi".

Şahid Qaçay Paşayev ifadəsində göstərib ki, Zamiqi 4-5 il əvvəl iş yoldaşı vasitəsilə sələmə pul verən şəxs kimi tanıyıb:

"Dekabrın 30-da onunla metronun "Memar Əcəmi" stansiyasının qarşısında görüşüb kafedə çay içdik. Zamiq mənə bir nəfərlə görüşməli olduğunu, ondan alacağı pulu mənə verəcəyini dedi. Sonra çölə çıxaraq Elvin Əsədovla söhbət etməyə başladı. 5 dəqiqədən sonra mən də siqaret çəkmək üçün kafedən küçəyə çıxdım. Zamiqlə Elvin kənarda dayanıb təxminən 15 dəqiqə söhbət etdilər. Sonra mən avtomobilimin sükanı arxasına keçdim, Zamiq də gəlib, yanımda əyləşdi. Siqaret çəkdiyimiz üçün avtomobilin qabaq şüşələri açıq idi. Elvin pəncərənin şüşəsindən Zamiqlə danışmaqda davam edirdi. Zamiq Elvinə "maşına oturmasını və başına oyun açacağını" deməyib. Həmin vaxt mən başqa şəxslə videogörüntü vasitəsilə danışırdım. Qəfildən avtomobilin qabaq şüşəsindən Elvin Zamiqin boğazına bıçaqla zərbələri vurdu və sonra uzaqlaşdı. Təzyiqlə axan qanın qarşısını almaq üçün yaralarına dəsmal sıxdım. Hadisə yerinə gəlmiş polis əməkdaşları elə zənn etdilər ki, hadisəni mən törətmişəm. Onlara Zamiqi vuran şəxsi tanıdığımı söyləsəm də, mənə inanmadılar. Elvin Əsədov tutulandan sonra məni şöbədən buraxdılar".

Şahid Pərvanə Rəhimova ifadəsində göstərib ki, əri Zamiq dekabrın 30-da axşam anasıgildən gələndən sonra tanışı Qaçay Paşayev zəng edərək, onu çay içməyə dəvət edib. Bir neçə saatdan sonra yoldaşının öldürüldüyü məlum olub.

Prokuror Elvin Əsədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi Elvin Əsədova ağır cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, məhkəmə istintaqında Elvin Əsədovun Zamiq Cabarovu tamah niyyəti ilə qəsdən öldürməsi öz təsdiqini tapmayıb. İstintaq orqanı, tamah niyyətinin olmasını bilavasitə təsdiq edən sübutları əldə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürüb.

Məhkəmə nəticəyə gəlib ki, Elvin Əsədovun əməli Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Əsədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Əsədovun cəzası ağırlaşdırılaraq, ona 14 il azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyul 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see320

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see266

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see226

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see226

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see220

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see219

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see212

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see209

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see206

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see205

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see200

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see197

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see190

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see185

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see182

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see180

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see179

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see173

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see165

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri