Icma.az
close
up
RU
Xəstə artıb, yoxsa qiymət: 1 milyardlıq dərmanı niyə almışıq?

Xəstə artıb, yoxsa qiymət: 1 milyardlıq dərmanı niyə almışıq?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 139,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, satış 2024-cü ilin yanvar-sentyabr ayına nisbətən 21,5% çoxdur. Bu ilin 9 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 2,4% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Təkcə sentyabr ayı ərzində əhali 143,6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb. 

Qeyd edək ki, bugünlərdə Tarif Şurasının dərmanlarla bağlı qəbul etdiyi qərara əsasən yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Bu gün əhalinin 1 milyard manatdan artıq qiymətə əczaçılıq məhsulları və tibbi ləvazimatlar alması ölkədə dərmanların baha olması, həkimlərin daha çox firma dərmanları yazması, yoxsa xəstəliklərin artması ilə bağlıdır? 

Məsələ ilə bağlı həkim-terapevt Rasif Bağırov “Cebheinfo.az”-a bildirib ki, xəstəliklərin artığını demək olmaz: 

“Əslində bizim ölkədə xəstəliklər çox olur. Yəni xəstəliklərin azalma söhbəti olmur. Çünki yediyimiz qidalar və digər məhsullar elə səviyyədədir ki, bu gün xəstə olmayan insan çətin tapılır. Bu, məsələnin bir tərəfidir”. 

Həkim deyib ki, həkimlərə və apteklərə müraciət edən xəstələrin sayı bir qədər azalıb: 

“O zaman sual yaranır ki, dərmana bu qədər vəsait niyə xərclənib? 

Ona görə ki, bir il ərzində mütəmadi olaraq Tarif Şurası tərəfindən dərmanların qiymətinin qaldırılması o qədər pulun xərclənməsinə səbəb olur. Bunun xəstələrin çoxalması, əczaçılıq məhsullarının dövriyyəsinin artması ilə heç bir əlaqəsi yoxdur. Sadəcə qiymətlər artır”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Xəstə dərman qiymət Rasif Bağırov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri