Icma.az
close
up
RU
Xəstə heyvanların əti Bakıya gətirilir? AQTA dan istehlakçılara TÖVSİYƏ

Xəstə heyvanların əti Bakıya gətirilir? AQTA dan istehlakçılara TÖVSİYƏ

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ölkənin bir sıra bölgələrində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə xəbərlər dolaşır. Bu səbəbdən insanların ət məhsullarına ehtiyatla yanaşdığı, ət almaqdan çəkindikləri bildirilir. Ən çox müzakirə olunan məqam isə xəstə heyvanların kəsilərək Bakıya göndərilməsi barədə səslənən iddialardır. Bu iddialar təkcə bölgələrdə deyil, paytaxtda da istehlakçıların narahatlığına səbəb olub. Məlumatların nə dərəcədə həqiqətə uyğun olub-olmaması hələlik təsdiqlənməsə də, əhali mövcud vəziyyətdən narahatdır. İnsanları düşündürən əsas sual budur: Bakıya gətirilən ətlər təhlükəsizdirmi və dövlət qurumları vəziyyəti necə nəzarətdə saxlayırlar? Ümumiyyətlə, narahatlığa əsas varmı?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Operativ qrup yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, hazırda Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin əməkdaşları tərəfindən bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların peyvəndlənməsi həyata keçirilir: "Heyvan xəstəlikləri ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir, baytarlar tərəfindən təsərrüfatlara gedilərək lazımi dəstək göstərilir. Əməkdaşlarımız peyvəndləmə işləri ilə paralel olaraq, dezinfeksiya işləri də həyata keçirirlər. Heyvan xəstəliklərinin vaxtında aşkarlanması və preventiv tədbirlərin görülməsi məqsədilə təsərrüfatlarda müntəzəm monitorinqlər keçirilir, yerlərdən məlumatlar toplanır və operativ reaksiya göstərilir. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzində operativ məlumat toplayan və analiz edən qrup yaradılıb. Qrupa daxil olan məlumatlar əsasında əməkdaşlar rayonlara ezam edilir və yerində vəziyyətlə tanış olurlar".

Baytarlıq nəzarəti məcburidir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, heyvanmənşəli məhsulların - insan istehlakı üçün yararlı olan ət və emal yolu ilə onlardan alınan məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir: "Heyvanmənşəli məhsulların tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən məhsulların qəbuluna və satışına icazə verilir. Bu məhsulların qəbuluna və satışına yalnız yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan çıxan heyvanmənşəli məhsullar buraxılır və həmin proses səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən verilən sənəd əsasında həyata keçirilir".

Qurumun açıqlamasında o da vurğulanıb ki, Azərbaycan qanunvericiliyinə görə, heyvan kəsimi yalnız Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş və müvafiq tələblərə cavab verən kəsim məntəqələrində aparılmalıdır: "Qeydiyyatsız, sanitar-baytarlıq nəzarətindən kənarda həyata keçirilən heyvan kəsimi isə həm qida təhlükəsizliyi, həm də ictimai sağlamlıq üçün ciddi risklər yaradır. AQTA istehlakçılara tövsiyə edir ki, yalnız baytarlıq müşayiətedici sənədləri olan heyvanmənşəli məhsullar alsınlar. Bu sənədlər məhsulun sağlam heyvandan əldə olunduğunu, baytarlıq nəzarətindən keçdiyini və qida təhlükəsizliyi baxımından tələblərə uyğun olduğunu təsdiq edir".

Təsadüfi kəsim məntəqələrində təhlükə

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bu məsələdə istehlakçıların narahatlığını başadüşülən hesab edir. Onun sözlərinə görə, əvvəlki illərin praktikasında xəstə heyvanların kəsilərək müxtəlif yollarla paytaxta daşınması halları qeydə alındığından, bu halın təkrarlanması istisna olunmur: "Mənşəyi bilinməyən, xəstə heyvan ətləri ictimai sağlamlığa ciddi təhdid yaradır. Bu ətlərin mənbəyini müəyyən etmək, hətta elmi araşdırmalarla belə mümkün deyil. Azad İstehlakçılar Birliyi olaraq biz bu sahədə hökumətə və Qida Təhlükəsizliyi Agentliyinə dəstək göstərməyə çalışırıq".

AİB sədri onu da qeyd edib ki, qanunsuz heyvan kəsimi ilə mübarizənin effektivliyini artırmaq üçün yalnız inzibati yollarla mübarizə aparmaq mümkün deyil: "Bu məsələyə yerli polis orqanları, icra hakimiyyətləri və Qida Təhlükəsizliyi Agentliyi nəzarət edirlər. Amma bununla bağlı maarifləndirmə işləri də vacibdir. Kəsim yerlərini, necə deyərlər, ifşa etməklə iş bitmir. Əsas məsələ istehlakçıları maarifləndirmək və elə bir ictimai mühit yaratmaqdır ki, insanlar bu cür hallardan çəkinsinlər. İstehlakçılar küçə kəsimindən imtina etməlidirlər. Bu istiqamətdə maarifləndirmə işi geniş şəkildə aparılmalıdır. Təəssüf ki, ictimaiyyətin bu sahədə dövlət orqanlarına dəstəyi azdır. İstehlakçı ət və ət məhsullarını təsadüfi kəsim yerlərindən deyil, iri marketlərdən almalıdır. Biz buna öyrəşməliyik. Çünki iri ticarət mərkəzlərinə daxil olan məhsullara AQTA tərəfindən ciddi nəzarət edilir. Həmin məhsullar rəsmi satış icazəsi olmadan marketlərə daxil ola bilməz. Təsadüfi kəsim yerlərində isə nəzarət yoxdur. İstehlakçı bu cür kəsim məntəqələrindən ət almaqla sağlamlığını təhlükəyə atır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Oktyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri