Icma.az
close
up
RU
Xəstəlikdən əziyyət çəkən məşhur aktyor Bryus Uillis ailəsindən ayrıca evə yerləşdirildi

Xəstəlikdən əziyyət çəkən məşhur aktyor Bryus Uillis ailəsindən ayrıca evə yerləşdirildi

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məşhur Hollivud aktyoru Bryus Uillis əziyyət çəkdiyi demensiya xəstəliyinin güclənməsi səbəbindən danışmağı dayandırıb, ailəsi onu ayrıca evə yerləşdirib və 24 saatlıq tibbi yardımla təmin edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə aktyorun həyat yoldaşı, britaniyalı aktrisa Emma Heminq ABC telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, xəstəliklə uzun sürən mübarizədən sonra aktyorun beyni zəifləyib. Aktrisa, həmçinin xəstəliyin başlanğıcında Uillisin çəkiliş meydançasında replikaları necə unutduğundan, yaxınları ilə məsafəli və soyuq davranmasından da danışıb.

"Bryusun ümumilikdə səhhəti pis deyil. Sadəcə beyni ona narahatlıq verir. Nitqi gedir və... biz uyğunlaşmağı öyrənmişik. Onunla fərqli şəkildə ünsiyyət qururuq", - deyə Emma Heminq bildirib.

Aktrisa qeyd edib ki, hələ də onun içində köhnə Uillisin "zəif əks-sədaları" qalıb, lakin xəstə olduğuna görə ailəsi onu "ikinci evə" - rahat hərəkət edə biləcəyi və gecə-gündüz həkimlər tərəfindən baxıldığı birmərtəbəli binaya yerləşdirməyə qərar verib.

Xatırladaq ki, 2023-cü ilin fevral ayında Bryus Uillisin ailəsi aktyorda alın-gicgah demensiyasının inkişaf etdiyini açıqlayıb. Bu xəstəlik koqnitiv (idrak) qabiliyyətin tədricən itirilməsinə gətirib çıxarır. 2025-ci ilin yazında Bryus Uillisin həyat yoldaşı aktyorun çəkiliş meydançasında xəstəliyinin əlamətlərini gizlətdiyini demişdi. Aktyorun vəziyyəti son vaxtlar kəskin pisləşib.

Qeyd edək ki, Bryus Uillisin filmoqrafiyasına 130-a yaxın film daxildir. Aktyor "Məğlubedilməz" (və ya "Çətin ölmək"), "Kriminal mütaliə", "On iki meymun", "Beşinci element" və digər filmləri ilə tanınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Avqust 2025 05:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see243

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see226

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

27 Avqust 2025 09:01see156

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see146

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see141

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see139

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see138

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see132

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see131

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see131

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see127

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

27 Avqust 2025 03:04see120

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

27 Avqust 2025 19:29see120

Xəstəlikdən əziyyət çəkən məşhur aktyor Bryus Uillis ailəsindən ayrıca evə yerləşdirildi

28 Avqust 2025 05:47see120

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

26 Avqust 2025 14:53see119

Ceymi Vardi İtaliyaya gedə bilər

26 Avqust 2025 16:16see118

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

27 Avqust 2025 19:24see117

Nazir, komitə sədri və... Onların qəbul günləri açıqlandı + CƏDVƏL

26 Avqust 2025 13:08see116

MY nin ulduzu “Çelsi”yə keçir

28 Avqust 2025 06:02see115

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

26 Avqust 2025 20:31see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri