Icma.az
close
up
RU
Xəstəliyi olanlar Masazırdan ev almasınlar Həkim riskləri AÇIQLADI

Xəstəliyi olanlar Masazırdan ev almasınlar Həkim riskləri AÇIQLADI

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Son zamanlar xroniki xəstəliyi və ya yüksək qan təzyiqi olan şəxslərin Masazır kimi ərazilərdən ev almaması ilə bağlı fikirlər səsləndirilir. Bildirilir ki, bu cür yaşayış məntəqələri onların səhhətinə mənfi təsir göstərə bilər. Masazırdakı duz gölünün də belə insanlar üçün zərərli olduğu qeyd olunur. İzah edilir ki,  duz təzyiqə təsir etdiyi üçün hipertoniyadan əziyyət çəkənlər həmin ərazidən uzaq durmaldır. O da deyilir ki, duz bədəndə bir sıra fizioloji dəyişikliklərə səbəb olaraq sümüklərin zəifləməsinə təsir göstərir. Yəni duzun yaratdığı əlaqəli proseslər nəticəsində sümük sıxlığı azalır, qığırdaq daha həssas olur və oynaqlarda fizioloji dəyişikliklər yaranır.

Bəs, bunlar nə dərəcədə əsaslı fikirlərdir?

Terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, tibbi baxımdan Masazır və ya digər yaşayış məntəqələrinin müəyyən xəstələr üçün xüsusi risk daşıdığına dair rəsmi elmi sənəd və ya qadağa yoxdur.

Onun sözlərinə görə, sadəcə xroniki xəstəliklərdən, xüsusilə də yüksək qan təzyiqindən əziyyət çəkən şəxslərin yaşayış yeri seçərkən daha diqqətli olması tövsiyə olunur:

"Yüksək təzyiq problemi olan insanlar hündür ərazilərdə yaşadıqda narahatlıq hiss edə bilərlər. Bu, onların təzyiq səviyyəsinə təsir edə bilər. Eyni şey astma, şəkər kimi xroniki xəstəlikləri olanlar üçün də keçərlidir. Amma Masazırla bağlı konkret bir tibbi qadağa yoxdur".

Həkim vurğulayıb ki, ev seçərkən mühitin həmin şəxsin səhhətinə təsir edib-etmədiyini yoxlamağın ən doğru yolu orada müəyyən müddət qalmaqdır:

"Məsələn, astması olan şəxs tozlu ağacların çox olduğu ərazilərdə çətinlik çəkə bilər. Yaxud təzyiq problemi olanlar dağlıq zonalarda yaşadıqda əlavə ehtiyat tədbirləri görməlidirlər".

G.Lətifova nəzərə çatdırıb ki, ümumilikdə bu sahədə konkret elmi göstəriş və ya qadağa olmasa da, fərdi sağlamlıq vəziyyəti nəzərə alınmalı və öncədən mühitə uyğunlaşma test edilməlidir.

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri